Prezidentimiz   bəşəri dəyərlərə sadiqliyini, təhlükəsiz dünya uğrunda mübarizəsini öz əməlləri ilə sübut edir - Tahir Rzayev, komitə sədri

SİYASƏT 21:49 / 27.11.2024 Baxış sayı: 2078

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşdırılmasına və əlaqələrin möhkəmləndirilməsinə önəm vermişdir. Bu dövrün tələbindən, həm də Amerika kimi böyük bir dövlətin beynəlxalq münasibətlərdə Azərbaycanla həmrəy olmasının nümayiş etdirilməsindən irəli gəlir. Böyük bir dövlətin Azərbaycan həqiqətlərini dəstəkləməsi istər siyasi-iqtisadi beynəlxalq məsələlərdə Azərbaycanın haqlı mövqeyindən çıxış etməsi ölkəmizin bugünü, eləcə də gələcəyi üçün çox zəruri hesab edilmişdir”. Bu fikirlərin müəllifi milli  məclisin komitə sədri Tahir Rzayevdir.

Millət  vəkili  fikirlərinin davamı:  olaraq  vurğulayıb ki,“Donald Trampın hakimiyyəti dövründə bu münasibətlər sağlam olmuş və demək olar ki, bir çox sahələrdə əlaqələr yaxşılığa doğru inkişaf etmişdir. Lakin çox təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ermənipərəst qüvvələr Azərbaycan-Amerika münasibətlərində müəyyən ziddiyyətlər yaratmış və Amerika Azərbaycana qarşı müəyyən məsələlərdə aqressiv mövqe nümayiş etdirmişdir. Trampın yenidən prezident seçilməsi əlbəttə ki Azərbaycan üçün müsbət mövqe yarada bilər və bu baxımdan da Azərbaycan Prezidenti cənab İlham Əliyev Amerika dövləti ilə münasibətlərin yaxşılaşdırılması üçün öz təşəbbüslərini ortaya qoyur. İlham Əliyevin Trampa telefon zəngi də məhz bu məqsədə xidmət edir.

Cənab İlham Əliyev Trampa təbrikində Azərbaycan-Amerika münasibətlərini ön plana çəkmiş və Trampın dövründə bu münasibətlərin yaxşı müsbət məcrada olmasına diqqəti cəlb etmişdir. Tramp öz hakimiyyəti dövründə bir çox müsbət gedişləri, xüsusilə dünyada sülhün bərpa edilməsi, müharibələrin dayandırılması, cinsi azlıqlara qarşı müəyyən fikirlərin söylənilməsi, cəmiyyəti sarsıdan neqativ halların aradan qaldırılması barədə fikirləri ilə gündəmdə olmuş və prezident seçkiləri ərəfəsində də o qeyd etmişdir ki, dünyada baş verən ciddi problemlərə daimi diqqət yetirəcək, xüsusilə təhlükəsiz dünya uğrunda mübarizədə sülhsevər bəşəriyyətə, rəhbərlərə öz dəstəyini göstərəcəkdir. Bu amillər əlbəttə ki bəşəriyyət üçün çox vacibdir. Çünki güclü dövlət olmaqdan cəmiyyəti inkişafa aparmaqdan ötrü güclü lider lazımdır. Bu liderlik, bu anlayış Prezident İlham Əliyevin şəxsiyyətində, əməllərində, onun torpağa, vətənə, xalqa məhəbbətində özünün aydın ifadəsini tapmışdır. Güclü dövlət konsepsiyası məhz bugün İlham Əliyev kimi Prezidentə xasdır və Azərbaycanın son illər əldə etdiyi uğurlarda xüsusilə tarixi qələbəmizdə özünü aydın göstərir.

Bugün cənab İlham Əliyev bəşəri dəyərlərə sadiqliyini, təhlükəsiz dünya uğrunda mübarizəsini öz əməlləri ilə sübut edir. İstər 44 günlük müharibə, istər 23 saatlıq antiterror tədbirləri, eləcə də sonrakı dövrlərdə cənab Prezidentimizin sülh çağırışları, Ermənistanı sülhə dəvət etməsi, bəşəriyyəti müharibələrdən qurtarmaq çağırışları bunu deməyə əsas verir. Bugün Prezidentimiz dünyada baş verən çox ciddi problemlerin aradan qaldırılması uğrunda bir mübariz kimi özünün təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilir.

COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi və bu tədbirin yüksək səviyyədə təşkili göstərir ki, Azərbaycan ən mötəbər tədbirlərə ev sahibliyi etməyə və onu yüksək səviyyədə keçirməyə qadirdir. Əlbəttə ki bu Azərbaycanın iqtisadi göstəricilərinin nəticəsi olmaqla bərabər, həm də cənab İlham Əliyevin böyük təşkilatçılıq bacarığının bir nümunəsidir. Belə tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirir və güclü lider anlayışının təsirini və mahiyyətini bir daha dəyərləndirir.

İlham Əliyevin xarici dövlətlərin rəhbərləri ilə münasibətləri, xüsusilə türk dövlətləri təşkilatlarının rəhbərləri ilə son görüşləri, imzalanmış müqavilələr, mühüm lahiyələr deməyə əsas verir ki, dünyanı sülhsevər liderlər bəlalardan qurtara bilər və bəşəriyyət üçün xoşbəxt həyat bəxş edə bilərlər. Bugün Azərbaycan Prezidenti məhz bu yol uğrunda mübarizə aparır və onun Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa zəng etməsi, Türk Dövlətləri Təşkilatının rəhbərləri ilə müntəzəm görüşləri, eləcə də bir çox dövlətlərin rəhbərlərinin Bakıya dəvət edilməsi xarici səfərlər əlbəttə ki Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə, əməkdaşlığının genişləndirilməsinə, sülhün təmin edilməsinə yönəldilmişdir. Cənab İlham Əliyev bugün dünyada ən uzaqgörən bir siyasətçi olmaqdan bərabər həm də dünyanı bəlalardan qurtarmaq uğrunda mübarizə aparan bir dövlət rəhbəri, lider kimi tanınır. Bu Azərbaycan xalqı üçün qürurvericidir və sözsüz ki dövlətimizin beynəlxalq aləmdə əməkdaşlığa böyük önəm verməsi dövlət rəhbərləri ilə münasibətləri Azərbaycan xalqının xoşbəxtliyi, gələcək inkişafı üçün çox vacib və önəmlidir”.