44=5+Bütün Azərbaycan torpaqları...
44 günlük müharibə çox şeyi dəyişdi--streotiplərivə düşüncələri,tarixi və coğrafiyanı,psixoloji durumu və hadisələrə yanaşma ədasını...Və büyün bunlar cəmiyyətin üstqurumu hesab olunan mədəniyyət və ədəbiyyata da yansımaqdadır.Bu 44 gün sübut etdi ki,Ali Baş Komandan İlham əliyevin şəxsində Şah İsmayıl Xətainin dövlətçilik və sərkərdəlik ruhu yaşayır.Əsgər və zabirlərimizin,generallarımızın şəxsində "Dədə Qorqud" qəhrəmanlarının, Babəkin,Koroğlu bə onun 7777 dəlisinin əzmi,gücü,döyüş bacarığı,mübarizliyi yaşayır bə heç də bu qəhrəmanlıq dastanları yalnız və yalnız təxəyyülün məhsulu deyil,həyat həqiqətlərinin obrazlı təcəssümüdür.Düşmən əsgərlərinin qorxu və həyəcan,xarici jurnalistlərin heyrətlə etraf etdikləti kimi Azərbaycan əsgəri XXI yüzilin möcüzələrindən biri adlandırılmağa layirdir.Bu əsgər təkbaşına yalın əllə yüzlərlə düşmən əsgərini məhv edə və eyni zamanda təkbaşına taleyin ixtiyarına buraxılmış körpəni xilas etmək üçün öz həyatını risqə ata bilər.Bu əsgər ərmeydanında ərdir,qatil deyil,faşist deyil,zoro balayan deyil!!!
Gücün sözü ötkəm olar və dmən bu GÜCü gördü. Ard-arda "komandirin vurduğu"saysız-hesabsız hərbi texnika və canlı qüvvə itkisi onda böyük bir xof yaratdı,"güclü erməni ordusu" stereotipi dağıldı,düşmən artıq döyüşə bilməyəcəyini dərk etdi və nəticədə Ağdam,Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan boşaldıldı.Laçının işğaldan azad olunması tarixi hadisədir,bu düşmən üzərində tam qələbədir.Dövlətimiz tərəfindən aparılan daxılı və xarici siyasətin bu qələbəni düşmən üzərində qəti qələbəyə çevirəcəyi gün də uzaqda deyil.
II Qarabağ savaşını "sürətli müharibə" də adlandıra bilərik.BMT-nin 27 ildə görə bilmədiyi işin Azərbaycan ordusu 44 günə gördü.Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.Bu qətnamələrə 27 il idi ki,təkcə ermənistan üçün yox,başqaları üçün də kağız parçası idi."
Xatirə Rəhimbəyli