Naxçıvan teatrında " Ölülər" in diriliş təcəssümü.

MƏDƏNİYYƏT 10:25 / 04.12.2024 Baxış sayı: 1938

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "Ölülər" tragikomediyası səhnələşdirilib.

Böyük qələbəliyin maraqla izləməyə axışdıği tamaşa teatrsevərlərin məmnunluğu ilə müsaiyət olunub. Bunun bir çox səbəbləri var ki, ən əsası əsərin böyük ideya- məzmun dəyəri, yarandıği dövrdə cəmiyyət həyatının ictimai- fəlsəfi modelini inikas etdirməsi, obrazlı desək, görkəmli yazıçının güldürə- güldürə ağladıb anlatdığı həyat gerçəklikləridir. Bu sırada " Ölülər" in Naxçıvan Teatrının səhnəsində müxtəlif vaxtlarda dəfələrlə səhnəyə qoyulması və tamaşanın naxçıvanlılara yaxşı tanış olması da vurğulanası səbəblərdəndir. Yeri gəlmişkən qeyd edək ki, " Ölülər" əsərinin ilk səhnə təcəssümu də məhz Naxçıvan teatrında gerçəkləşib.

Hələ ötən əsrdə--1915- ci ildə ustad rejissor Rza Təhmasibin quruluşu, görkəmli ziyalı, ədib Əliqulu Qəmküsarın rejissorluğu, dahi rəssam Bəhruz Kəngərlinin əvəzsiz səhnə tərtibatında canlandirılan bu tragikomediya böyük əks- səda dogurub. Ümummili liderimiz Heydər Əliyev də bu əsərə ilk dəfə hələ 13 yaşında Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində baxdığinı, tamaşanın onun yaddaşinda dərin iz buraxdığıni, təsirindən çixa bilmədiyini bildirib, Mirzə Cəlilin bu şah əsərini " ...Həddindən artıq bir fəlsəfi əsərdir. İnsan fəlsəfəsinin ən yüksək zirvəsində olan bir əsərdir" , deyə, çox dolğun ifadələrlə səciyyələndirib. " Ölülər" Naxçıvan teatrı səhnəsində sonrakı dövrlərdə də dəfələrlə ayrı- ayrı rejissorların səhnə yozumunda tamasaçılara təqdim olunub və repertuarda ən çox izlənilən tamaşa kimi qalıb.

Belə olan halda teatrın yaradıcı kollekvinin bu ölməz əsərə bir daha müraciət etməsinin özü də böyuk cəsarət və özünəguvən məsələsidir desək,yanılmarıq. Çünki, tamaşa müxtəlif illərdə dəfələrlə ayri- ayrı görkəmli sənətkarlar tərəfindən hazırlanıb. Hər rejissor fərqli quruluşda,mizanda, həm də yeni baxışla canlandirıb.Bu halda tamaşanın yenidən hazırlanması daha böyük diqqət və bacarıq tələb edir ki, təkrarçılıq olmasın, hər kiçik nüans tamaşaçı zövqünu oxşasın, əsərin başlıca qayəsi dolğunluğu ilə çatdırılsın. İnsafən yaradıcı heyətin əməy,i zəhməti bu baxımdan ,öz bəhrəsini verib. Teatrın baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda və rejissor, həmçinin baş rol Şeyx Nəsrullahı canlandıran Səməd Canbaxşıyevin rejissorluğu, aktyorlarla səmərəli iş sayəsində mükəmməl bir tamaşa ərsəyə gətirilib.

Bunun nəticəsidir ki, tamaşada o dövrdə cəmiyyət həyatında hökm sürən dini fanatizm, mənəvi əsarət , cahillik və cəhalətin faciəvi fəsadları mühum çalarlar, dolğun məqamlar, incə strixlərlə tamaşaçıya aşılanır. Xalq artistləri Rza Xudiyevin yaratdiği Hacı Həsən və Yasəmən Ramazanovanin canlandırdığı Kərbəlayi Fatma obrazları isə özunəməxsusluğu, peşəkar, usta oyunçuluğu ilə tamaşaçı yaddaşında iz buraxır.Tamaşaçılar xalq artistlərinin yaratdıqları tipik obrazlarla o vaxtlar din girdabına yuvarlanan adamların cahil, avam simalarını görür, acı gulüşlərlə hallarına yanmaya bilmirlər.Təbii ki, digər aktyorların da istedad və zəhmətləri diqqətəlayiqdir.

Tamaşada onlar da mükəmməl ifaları ilə dahi Mirzə Cəlilin can yanğısıyla əks etdirdiyi düşuncələrinin tamaşaçıya çatmasında mühüm rol oynayırlar. O ki, qaldı əsərin baş qəhrəmanı Kefli İsgəndər sürətinə, aktyor Məmməd Mehdiyev bu obrazı məharətlə yaradib. Dini cəhalətin hökm sürdüyü qaranlıq mühitdə bir işıq tək parlayan, yaşadığı cəmiyyətin ifrat naqislərinə dözməyən, İsfahan lotusu adlandırdığı Şeyx Nəsrullahın çirkin əməllərini, əxlaqsız və mənəviyyatsiz bir fırildaqçı olduğunu ifşa edən, cahil, avam insanları zülmətdən aydınlığa səsləyən, maarif və mədəniyyətin carçısı olan Kefli İsgəndəri tamaşaçiya sevdirməsi gənc ifaçı aktyorun həm də, istedad və bacarığının ifadəsidir. Butun bunlar, sadaladığımız məziyyətlər, həmçinin, düzgün rol bölümü, aktyor seçimi, onlarla səmərəli iş tamaşanın uğurlu və mükəmməl alınmasını şərtləndirib.

Təbii ki, bu sırada rəssam işi, musiqi tərtibati da önəmli amil kimi qeyd edilməlidir.Əməkdar rəssam Səyyad Bayramovun təxəyyülünün bəhrəsi olan dekorasiyalar, seçilən rəngçalarliğı, eləcə də rəssam işində ən kiçik detallar, ən incə ştrixlər hadisələrin cərəyan etdiyi mühiti əks etdirməklə əsərin ideya məzmun dəyərinin tamaşaçıya çatdırılmasında mühüm rol oynayir. Bu fikirləri tamaşanın musiqi tərtibatçısı Azər Cəfərovun da əməyi, zəhməti barədə deməyimiz yerinə düşər. Bəli, Naxçıvan Dövlət Milli Dram Teatrı həmişə olduğu kimi bu dəfə də yazıçı C.Məmmədquluzadənin ədəbiyyatimizda ilk tragikomediya janrında olan və dramaturgiyamizda ən yüksək zirvədə dayanan " Ölülər" əsəri ilə tamaşaçılarını sevindiribi.

Nümayiş olunan tamaşaya kütləvi tamaşaçı rəğbəti, məmnunluğu isə deməyə əsas verir ki, " Ölülər" Naxçıvan teatrı səhnəsində diriliş təcəssüm etdirib.Və inanırıq ki, yeni mizan və quruluşda təqdim olunan tamaşa müəllifinin adını daşıyan teatr repertuarında hələ uzun müddət qalacaq. Bu uğura görə doğma Naxçıvan teatrının yaradıci kollektivini təbrik edirik. Daha böyük nailiyyətlər, daha möhtəsəm uğurlar diləy  ilə...

                                                                      Adilə Səfərova. Azərbaycanın əməkdar mədəniyyət işçisi