Azərbaycana 4-cü qızıl medalı qazandı -PARİSDƏ

İDMAN 13:55 / 07.09.2024 Baxış sayı: 2067

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Yenises.az xəbər verir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın aktivinə 4 qızıl medal yazılıb.