Əbülfət Mədətoğlu : - Bir ovuc buludun şeir

Ədəbiyyat 08:51 / 30.07.2023 Baxış sayı: 66414

 

 

Gözümün önündə bir ovuc bulud,

Pərdə tək sərilib bəbəklərimə...

Hərdən qığılcım da oynayır, sanki -

Arılar tələsir pətəklərinə..!

 

Nə qədər sıxsam da kipriklərimi,

Ovcumla ovsam da dammır o bulud!..

Mən öz gözlərimlə dərdiklərimi -

Tanımır adam tək, qanmır o bulud!

 

Bükülür fikrimdə yolların qəddi,

Ağ işıq kimidi sonuncu umud!..

Əlimi açıram, Ya ONUN cəddi -

Bəlkə sən deyəsən, yağa o bulud!..

 

...Ümid yerim də sən, güvənc yerim də

Allaha çatmayan əlim SƏNDƏDİ!

Tək bircə dilək var bax, bu şerimdə -

Sən də de, əllərin . de ki, məndədi!