Gülnar Ümid : - Biri var,...

Ədəbiyyat 08:13 / 04.12.2024 Baxış sayı: 341

Biri var, varkən darıxmaq

Biri var, yoxkən darıxmaq

Sən varkən darıxmaqda darıxdığımsan...

Gözlərim utanmağı sənin baxışlarında öyrəndi.

Vücudumu ilk dəfə sənin baxışların soyundurmuşdu...

Həmin gün əllərin daramışdı saçlarımı gecənin aynasında.

Danışmağa çətinlik çəkən,

susuzluqdan çat-çat olmuş dodaqlarına su gəzirdin dodaqlarımın quyusunda.

Yuxusu ərşə çəkilən susuzluğun yatmaq bilməzdi...

İntihara hazırlaşan hisslər həzzin son ipini çəkməyə çalışırdı.

Səssizlik dilini udmuşdu qorxusundan...

Və sən işıqların yanması üçün cərayanın yolunda azıb qalmışdın.

Darıxmağı mənə öyrədən adam!✍️