Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

İDMAN 21:53 / 05.09.2024 Baxış sayı: 2352

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

Yenises.az   paylaşımı təqdim edir:

"Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!".

Qeyd edək ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

  • Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi