Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi

İDMAN 08:54 / 04.09.2024 Baxış sayı: 2596

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paratleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

Yenises.az paylaşımı təqdim edir:

"Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".