Balayar Sadiq : - QADIN

Ədəbiyyat 08:45 / 04.12.2024 Baxış sayı: 369

 

Ömrün payızına gedən dostuma yaz ovqatı arzusuyla

 

Astaca üşüyür üzündəki nur,

Kirpiyi ucunda bəxti uçunur.

Bir azca əl saxla,bir azcana dur,

Allah, bu qadının xətrinə dəymə.

 

Üzündən utanır bütün güzgülər,

Gör necə açılıb üzündə güllər,

Bir üzü ağlayar,bir üzü gülər,

Onun qiymətinə,qədrinə dəymə.

 

Hələ könül yıxır cilvəsi,nazı,

Qımışır alnına yazdığın yazı .

Bir misra gecikdir gələn payızı,

Bu məhəbbət dolu ətrinə dəymə.

 

Qalıb qar altında bəxtin izləri,

Qoşa qafiyədir qara gözləri.

Allah ,götür apar bütün sözləri,

Bu son gözəlliyin sətrinə dəymə.