Putin: KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki bu halda İrəvana qarşı xarici təcavüz olmamışdı.
Yenises.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.
Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.