Ağaevli Əli Hacı: - Bu nə yoldu İlahi
Bu nə yoldu İlahi ?!
göz yeyir,ruhum yemir !
Haqqı götür süfrədən,
qul yeyir,Şahım yemir !
Gun altda günə çıxsam,
odlanıb gün çıxaram !
Bu savaşdan çıxıram,
qılıncım ölüm demir !
Səs salan elə bir-mən,
sonra sözlə kiriyən.
Kimdi ömrü kirləyən,
bilirəm,dilim demir !