Sabir Zəkullaoğlu : - Rhtiyat yastığı olmasa...

YAZARLAR 08:55 / 04.12.2024 Baxış sayı: 664

Düşünürəm zövq elə sevgi deməkdir. Bir gün sevgin bitəndə, dünən bəyənib, sevə-sevə pul xərclədiyin, diqqət göstərdiyin "obyekt" bu gün artıq gözündən düşür.

Adiləşir.

Hətta çox vaxt özünə də gülürsən ki, mən nəyin peşində olmuşam..

Zövqün formalaşması məkan və zamana bağlıdır..

Vaxtıyla mahnılarını dinləyib, çoxlu pul verib toya çağırdığın müğənnilərə bu gün heç qulaq asmaq istəmirsən.

Ancaq müşahidələr göstərir ki, elmli və ağıllı adamlar daha zövqlü olurlar.

Məsələn, alman millətinin yüksək zövqü onun düzəltdiyi avtomobillərdə özünü büruzə verir.

Elə görərik Mercedes maşınını.

Duruşuna baxanda, elə bilirsən ki, qarşında qısa ətəkli, incə bədənli, gənc cəlbedici bir xanım dayanıb.

Hərəkəti, manevr imkanları eynən atlet qızların etdikləri inanılmaz dribinq və saltoları kimi heyrətamizdir..

Təhlükəli və çətin vəziyyətlərdə, güvənli və etibarlı olmağı da türk xanımlarının etibarı kimi tam güvənlidir.

Üstəlik qəza vaxtı əlavə hava yastığı da öz yerində.

Zatən dünya o qədər təhlükəli vəziyyət alıb ki, ehtiyat yastığı olmasa keçinmək olmur..

Ümumiyyətlə, bu həyatda nə varsa hamısının adı sevgidir.

Sevgini özündə ehtiva edən ən qaynar nöqtə günəşdir.

Harda günəş varsa, orda sevgi var.

Necə deyərlər, kölgə deyə bir yer yoxdur, günəşin düşmədiyi yer var.

Günəş həmişə kürəyinizi isitsin, dostlar.