İdris Şükürlü : - Qala şəhərdir Şuşa!
Şuşada 2023 dekabr ayında Media İnkişaf Agentliyinin təşkiltçılığı ilə 100 nəfərdən ibarət medir nümayəndəsi, televiziya mənsubları və könüllülərdən ibarət dəstə ilə getmişdik. Bu barədə səfər qeydlərimdə bəhs edəcəyəm...
Bilmirəm nədən başlayım?
...Şuşaya təqribən gündüz saat 12-yə qalmış çatdıq. Arxadan gələn avtobusu bir qədər gözləməli olduq. Sonra bizi “Xarı bülbül” otel-restoranına nahar yeməyinə dəvət etdilər. Burada elə bil toy üçün yemək tədarükü görmüşdülər. Hər kəs sərbəsr olaraq istənilən yeməkdən, salatdan, meyvə şirəsindən, növbənöv ətdən hazırlanmış təamlardan götürə bilirdi. Xidmətçilər sadəcə nəzarət edirdilər...
Bura hündür bir yer idi, ətraf yaxşı görünürdü. Hər şeyə sonsuz maraqla, acgözlüklə tamaşa edir, hər şeyi bilmək istəyirdik...
Xəyallarım, düşüncələrim, bildiklərim məni ötən illərə, əsrlərə aparırdı. Elə bil Şuşa ilə yenidən tanış olurdum. Burada ermənilər yox olub getsə də qəribə hisslər məni bürüyürdü. Otuz il ərzində Şuşa düşmən tapdağına necə tap gətirmişdi? Pənahəli xanın, Vaqifin, Hacı Hüsünün, Məşədi Əsinin, Ağabəyim Ağanın, Mir Möhsümün, Nəvval Qarabağlının, Mirzə Güllərin, Xarrat Qulunun, Keçəçi oğlu Məhəmmədin, Sadıqcanın, Bülbülcanın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşalının, dahi Üzeyirbəyin, Bülbülün, Xan Şuşalının, Qasım bəy Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin ruhu gəzirdi Qarabağın tacı olan Şuşanın göylərində... Güllələnmiş heykəllərin acı təbəssümü, cəlladların nankor arzusu təzadlı görünürdü. Neçə-neçə əsgərin, zabitin qanı ilə bu torpağın təşnəsi rahatlıq tapmışdı, Şuşa onlara halallıq vermişdi. İgidlərimiz Şuşanı elə cəsarətlə, həmlə ilə, cədlimlə ölümdən bir an belə qorxmadan geri almışdılar ki, indi də düşmən bilmir ki, bu necə oldu...
Düşmənin bilmədiyi çox çey var idi. Ən əsası isə, düşmən, halal torpağa sahib dursa da, daim məgənun və məğlub, qorxu və xof içində idi. Azərbaycan əsgəri isə döyüşmək, qisas almaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Belə məqam sentyabrın 27-də, sübh şəfəqləri söküləndə gəlib hamıya çatdı...
Şuşa şüşə kimi şəffaf idi
Şuşadan söz düşdükcə ilk öncə dağların zirvəsində qala-şəhər, Tanrının qüdrətində yaranmış yeraltı sərvətlərlə zəngin, yetüstü sərvətləri zəngin təbiət muzeyi yada düşür. Havası təmiz və sərindir, Allah Qarabağdan heç nə əsirgəmədiyi kimi Şuşaya da dünya şöhrətli dahilər bəxş edib. Çayları, bulaqları şəfa qaynağı, can dərmanıdır.
Şuşanın ən yüksək zirvəsi Böyük Kirs dağıdır ki, hündürlüyü 2725 metrdir.
Bənzərsiz qədim şəhər olan Şuşanın havası, suyu, təbiəti, dağı, meşəsi, bitki örtüyü bənzərsizdir. Harada olsan da Şuşaya can atırsan: könül rahatlığı tapmaq, ruhu dincəltmək üçün. Deyirlər, şuşalıların hamısı ilhamla köklənmiş istedad sahibi, söz adamı, nadir sənətkardır. Burada olanda elə bil qəlbində ilham kükrəyir, sanki Tanrı imtahanına tələsirsən. Kirs, Şırlan, Armudlu, Əylis, Sınıqlı, Quşçular, Malıbəyli meşələri, İdrisli və Xəlfəli, Qarqar çaylaşrı boyu uzanıb gedən, bağların ətəklərini əhatə edən ormanlar bir təbiət xalısıdır. Havasının saflığı, təmizliyi, təbiətin bənzərsiz gözəlliyi Şuşanı kurort şəhəri kimi dünyada tanıdıb.
Əfsanəvi Cıdır düzü ənzərsiz bir yerdir, yarışma meydanı, toy bayram məkanıdır. “Xarıbülbül” beynəlxalq festivalı 80-ci illərdən başlayaraq keçirilib, 2020-ci ilin noyabrında qəhrəman Azərbaycan əsgəri rəşadətlə vuruşaraq Şuşa Zəfərinin təməlini qoyublar. Nakam sevginin rəmzi olan “Xarıbülbül” çiçəyi Cıdır düzündə, Topxana meşəsində, Uçmıx zirvəsində, dağ yamaclarında bitir. Bu gözəl çiçək Zəfərin rəmzinə çevrilib.
Şuşa döyüşləri ən uğurlu döyüş əməliyyatı idi
Jurnalist həmkarım Salman Alıoğlunun “Respublika” qəzetində (8 noyabr 2024) dərc etdirdiyi “Şuşa əyilmədi, sınmadı, bizi gözləyirdi və müzəffər xalq kimi gəldik” adlı oçerkini Şuşaya həsr edilmiş ən yaxşı yazılardan biri hesab etmək olar. Bu yazı vətəndaş yanğısı, əsl jurnalist qələmi ilə ərsəyə gəlib. “Şuşa döyüşləri” bölümündə yazılan bu qeydləri oxucuların diqqətinə çatdırıram: “Şuşa döyüşləri ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələınən ən uğurlu döyüş əməliyyatlarından biridir. Döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri sıx meşələri, qayalıqları, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-cə ordumuz şəhərin yerləşdiyi sıldırım qayalara dırmaşaraq yüngül silah-sursat ilə düşmənin gözləmədiyi istiqamətdən Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri səhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüb...
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləti atıldı. Raketin hədəfi isə azərbaycanlı hərbçilər oldu. Hayların məğlub ordusunun salamat qalan əsgərləri deyirdilər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırıq. Çünki qaçmasaydıq ölümümüz mütləq idi. Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə görən kimi içimizə giriblər, həm də yalın əllə çox dəhşətli bir döyüş idi. Şuşaya ilk daxil olan xüsusi təyinatlıların döyüşçüləri danışırlar ki, qədim qalanın azad edilməsində təbiət də, qala divarları da, göy üzündəki topa buludlar da bizi düşmən gülləsindən qoruyurdu, bizimlə birgə təbiətdə döyüşürdü. Hər döyüşçü Şuşanın azad edilməsində iştirak etməyi arzulayırdı.
Daşaltıdan Şuşaya bir döyüşlük yol var idi. Bu döyüşün ağır döyüş olacağını bilirdik. Bu döyüşü də qələbə ilə başa çatdıracağımıza əmin idik. Mövqe qələbələri, Daşaltınınm ermənilərdən təmizlənməsi döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Şuşa bütün əzəmətiylə görünürdü. Şuşa uğrunda gedən döyüşlərdən adi emosiya ilə danışmaq mümkün deyil. Bu döyüş dünya müharibələri tarixində heç bir döyüşlə müqayisə oluna bilməz”.
Bəli, Şuşanın sərt qayaları, qala divarları da əsgərlərimizi düşməndən qoruyurdu. Dumanlı hava şəraiti də düşmənin gözlərinə pərdə çəkmişdi. Azərbaycan qüvvələri düşmənin Şuşaya gedən yollarını kəsib pusqu yerləri qurdular. Daşaltını əhatəyə almaqla Şuşaya gedən əsas yola çıxışı dərhal təmin etdilər. Çox keçmədi ki, bölgələrimiz şəhərə girməyə başladılar, müdafiə olunan erməniləri yaxın məsafədən ağır küçə döyüşlərinə cəlb etdilər. Şəhər uğrunda döyüşlər şiddətləndikcə düşmən çaş-baş olur və ağır itkilər verməklə qaçmağa məcbur edilirdi. Şuşa döyüşləri zamanı Azərbaycanın cəsur döyüşçülərinin Vətən sevgisindən yazan rus mətbuatında göstərilirdi: - Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı. Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar...
Əziz Şuşa, sən azadsan!
“Əziz Şuşa, biz qayıtdıq!”
Bu müjdə ilə xalqımızın 28 illik ağrılı həsrətinə son qoyuldu, düşmən diz çökdürürdü. Müzəffər Ali Baş Komandan, İlham Əliyev noyabrın 8-də gündüz saatlarında Qarabağın tacı olan məharətlə gerçəkləşdirilmiş Şuşa əməliyyatının uğurlu sonluğu barədə sevincli xəbəri xalqımıza çatdırdı. Azərbaycan Ordusunun xüsusi təyinatlıları erməni qoşunlarını məhv edərək noyabrın 8-də Şuşa şəhərini düşməndən azad etdilər, Şuşada Azərbaycanın bayrağı qaldırıldı. Şuşa Zəfəri, öz hərbi-siyasi önəmi ilə müharibənin taleyini həll edi. BMT-nin qətnamələrini Azərbaycanın yenilməz əsgərləri döyüş meydanında icra etdilər. Düşmən danışıqsız kapitulyasiya aktını imzalamağa məcbur edildi. Dünya Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti, qətiyyəti, ordunun və xalqın gücünə arxalanmağı nəticəsində modern, peşəkar, cəsur, qəhrəman Azərbayca Ordusu qısa bir zamanda düşmənin işğalına, torpaqlarımızın yaşı 200 ildən çox olan separatizm yuvasına, ermənilərin əsassız torpaq iddialarına son qoyuldu. Qalib xalqın qalib Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi, fədakarlığı, qəti mövqeyi, siyasət meydanında cəsarətli savaşı, ordumuzun hünəri işğala birdəfəlik son qoydu, ləyaqətimiz və şərəfimiz, qürurumuz, nüfuzumuz bərpa edildi...
Şuşa yarası sağaldı, çoxillik həsrətə son qoyuldu.
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəfli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşdə çıxış edərkən demişdir: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdir, dərələdən keçərək, Onlarla kilometr məsafəni qət edərək qəhrəman hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlayıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Şuşa açıq səma altında muzeydir
Şuşa qədim tariximizin, mədəniyyətimizin yadigarı, ana təbiətin zümrüd tacıdır, tarixi abidədir, milli memarlıq nümunəsidir. Bu qədim qala-şəhər XIX əsrin sonlarından “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb. Ermənilərin vəhşiliyindən yaralar alan Şuşa öz milli koloritini saxlaya bilib, onusilməyə düşmənin gücü çatmayıb. Qədim mədəniyyət ocağı olan Şuşa Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Şuşa şəhəri işğal edildi. Şuşa yaradanın yer üzünə bir ərməğanıdır, Azərbaycan musiqisinin, adət-ənənəsinin, tariximizin, mədəniyyətimizin paytaxtıdır, füsunkar gözəlliyi ilə hər kəsi heyran edir. 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edildi. Bu münasibətlə Şuşada bir çox mədəni tədbirlər həyata keçirilib. Şuşada qədim tariximizin, mədəniyyətimizin yadigarları çoxdur. Burada aparılan tikinti-quruculuq işləri şəhərin tarixi-memarlıq xüsusiyyətlərinə uyğun aparılır, Şuşaya yeni ruh, yeni nəfəs gəlir, buranın torpağı, daşı, gülü-çiçəyi sevinir, minarələrdən azan səsi ucalır...
Mədəniyyətləri qovuşduran məkan
Şuşa haqlı olaraq dünyada mədəniyyətləri qovuşduran bir məkana çevrilmişdir. Burada keçirilən beynəlxalq tədbirlər buna misaldır.
Şuşada tarixi, mədəni, dini abidələr milli memarlıq üslubunda bərpa olunur. Bərpa işlərinin böyük bir qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Şirin su hamamı, Azərbaycan tarını təkmilləşdirən tarzən Sadıqcanın evi, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidləri, Mehmandarovların malikanəsi, digər abidələr Heydər Əliyev Fondu tərəfindən bərpa edilir şəhərin görkəmi dəyişir, müasir görkəm alır.
Dünyanı heyran qoyan Şuşanın 270 yaşı var. Şuşanı vaxtilə iqamətgah olaraq seçən Pənahəli xan Cavanşir 1752-ci ildən bui şəhərin quruculuğuna başlayır və buranı təkcə inzibati mərkəz deyil, həm də mədəniyyət mərkəzinə çevirmişdi.
O vaxtlar Qarabağdan və Azərbaycanın müxtəlif gişələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçilər, ən yaxşı ustaları, ən yaxşı musiqiçilər, ən yaxşı qələm ustalarını, xalçaçıları buraya toplamağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqdə mədəniyyətlərin qovuşduğu məkana çevrilmişdir.
Dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin siyahısına Şuşa rayonu üzrə 210 nümunə var. Bu abidələrin 1-i dünya əhəmiyyətli memarlıq, 44-ü ölkə əhəmiyyətli memarlıq, 5-i ölkə əhəmiyyətli arxeoloji, 155-i yerli əhəmiyyətli memarlıq, 5-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abiələridir. Şuşa Tarix-Memarlıq qoruğu 2001-ci ildə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin siyahısına daxil edilmişdir. Erməni quldurları Şuşa şəhərindən külli miqdarda tarixi eksponatlar və muzey əşyaları aparıblar və onların bir çoxu xarici ölkələrdə satılıb, bir qismi isə erməni maddi-mədəniyyət nümunəsi kimi nümayiş etdirilir. Bu isə onlara şərəf gətirmir.
Şuşaya Zəfər yolu ilə
Şuşa bizi duz-çörəklə qarşıladı. Şəhərin görməli tarixi-memarlıq, təbiət abidələri ilə, küçə və döngələri ilə lap elə Cıdır meydanı ilə acgözlüklə tanış olduq, İsa bulağının dupduru suyu ürəyimizə sərinlik gətirdi, yaşıl hörüklü meşələr bizə “gəl-gəl” deyirdi. Qala divarını keçib Xankədini, Xocalını seyr etdik. Qanlı döyüşlər, qaçqınların dalğası, dığaların qaçması, qəhrəman əsgərlərimizin yenilməzliyi, Zəfəri xəyalən də olsa xatırladım. Çox təəssüf ki, vaxtımız az oldu, Şuşanı qarış-qarış gəzə bilmədik. Vətən qibləsində olduğumuz müddət hər bir cığırına qələbə hopmuş Şuşa bizi çörəklə qarşılayıb, çörəklə də yola saldı.
Zəfər yolu ilə Şuşaya gəlmişdik, eləcə də qayıtdıq, ağaclar, uca dağlar bizə əl edirdi.
Bakıya dönərkən Şuşanın azadlığının qüruruna, vüqarına köklənmişdik.
Qədim qala divarlarına sonuncu dəfə baxdığım anlar kino lenti kimi gözlərimin önünə gəldi.
İstər-istəməz tarixin dərin qatlarına enirsən: cərgə ilə sıralanmış binalar, əl-ələ verib yallı gedən hər şeyə şahid ağaclar, Şuşanın ruhu bütün incəliyilə bizi gələcəyə səsləyir, yönləndirirdi.
-Əlvida, Şuşa, sənə qalibiyyət, Zəfər yaraşır!