"Məqsədimiz məktəbəqədər təhsil yaşını 3-4 yaşa endirməkdir" - Nazir
"Hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəqədər təhsil alır.Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.
Yenises.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qarşıda olan digər çağırış isə məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir.
"Məktəbəqədər təhsil üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir"