Aida Adıgözəl : - Susan sətirlər

Ədəbiyyat 08:37 / 04.12.2024 Baxış sayı: 349

 

Gördün, necə unudurlar adamları,

səssiz-səssiz, həzin-həzin?

Sən bilməzsən,

səsi yaman qalın olur

susub gedən səssizlərin.

Sən bilməzsən kiçik qələm,

sən bilməzsən körpə fidan,

necə olur yekə ağac kölgələri.

O kölgələr gizlədibdi

ürəklərdən qopub düşən

neçə neçə kaşkiləri, bəlkələri.

O kaşkilər, o bəlkələr...

Heç bilməzdim bir gün gələr

ayrılığın yolun seçim.

Səndən çıxıb getmək üçün

səni, səni

kimsələrə peşkəş çəkib

səndən keçim...