Ehtiram İlham : - Vətən
Gözlərimiz hələ görür,
Gör, doğman yaddımı, Vətən?
Düşmənin imdad diləyir,
Dostların batdımı, Vətən?
Heç Anamsan demədilər,
Qabırğanı gəmirdilər.
Səni elə sümürdülər,
Ətində daddımı, Vətən?..
Xəyallarımda itmişəm,
Bayquşlartəki ötmüşəm.
Mən çoxdan ölüb getmişəm,
Ruhun heç şaddımı, Vətən?..
Arzusu yetmirsə kama,
Boyun əymirsə harama.
Bu biçarə Ehtirama
Adın bir addımı, Vətən?
4.12.24.