Elnur Uğur Abdiyev :- Dünyaya əliboş gəldim,
Dünyaya əliboş gəldim,
Əliboş gedirəm,Tanrım.
Əllərim dolu olanda,
Çox könlüboşu tanıdım.
Yıxıla - yıxıla bildim,
Ayaqda qalmağın sirrin.
Yeri olmadı bu yerdə,
Kimsə bilmədisə yerin.
Bəxtimi qara yazsan da,
Şükür üzüağ yaşadım.
Bu qədər xəstə içində,
Divəm,ruhu sağ yaşadım.
Əliboş gəlmişdim yerə,
Ürəyi dolu gedirəm.
Tanrım o mavi göyünə,
Şeir sevgimlə gəlirəm.