Fərhad Məhərrəmov : - Yal...

YAZARLAR 11:18 / 03.12.2024 Baxış sayı: 472

 

Yal-çın kasıb ailədə dünyaya göz açmışdı.Əyni yal-ın,ayağı yal-ın olmasa da ,ehtiyac içində böyümüşdü.Yal-man kəndində yaşayırdılar.Anası isə Di- yal-lıdan idi.

Lap kiçik yaşlarından kəhər atlarını minib ,çapmağı çox xoşlardı.Hətta atı yəhərsiz ,yal-ın minərdi çox zaman.Atın yalından yapışaraq, yal-manına * yataraq ,çapıb,neçə- neçə yal aşardı.Aşdığı yal- lardan yal otu da yığardı Yal-çın.

Bir dəfə hətta yal- ların birini aşandan sonra uzaqda yal-quzaq da görmüşdü.

Səməd Vurğunun şeirindən olan misraları əzbərdən bilirdi Yal- çın:

" Min Qazaxda köhlən ata,

Yal- manına yata- yata,

At qan tərə bata- bata,

Göy yaylaqlar belinə qalx"...

Həyətlərində saxladıqları köpəyin yal- nı da ağlı kəsəndən Yal-çın verir.

Uşaqlıqdan arzusu mexanizator olmaq idi Yal- çının. Arzusu yalın qalmadı,arzusuna qovuşdu.

Yal-ançı ,yal- taq adamlardan xoşu gəlməz onun.Uşaqları da,nəvələri də ağılı,zəhmətsevərdirlər.

Əzbərdən bildiyi müdrik kəlamları,atalar sözlərini övladlarına da öyrətmişdir Yal- çın:

" Olmasaydı cahanda sarsaqlar,

Yəqin ki,ac qalardı yal- taqlar"

"Fırıldaqçılıq və yal- taqlıq qan qohumlarıdır"

"Yal- taq adam pitraq kimidir,adamın hər yerinə yapışar"

" Yal- taqlıq saxta pul kimidir.Bu günki vəziyyətimizə görə dövrədədir"

"Ayağın yal- ın olsa da,ağlın yal- ın olmasın."

" Yal- ançının evi yandı,heç kim ona inanmadı"

"Yeməknən doymayan ,yal-amaqnan doymaz".

Yal-çın və uşaqları artıq onlarla belə kəlam bilirlər.

Kəndlərindəki yal-nız yaşayan qoca qadına da əl tutur Yal- çın.

.....Artıq ahıl yaşlarında olan Yal- çının minik maşını olsa da,at da saxlayır. Övladları maşın sürür ,Yal- çın kişi isə atın yal- ını sığallayır,tumarlayır, ata atdanıb,yal aşır...

....Televizorda dəfələrlə baxdığı "Dədə Qorqud " filmi göstərilirdi.Artıq obrazları əzbərdən bilirdi Yal- çın: Dədə Qorqud.Qazan xan.Beyrək,Yal- ınçıq...

Film bitəndən sonra aparıcı elan etdi:

" Verilişimizin bu günki qonağı xaricdə yaşayan həmyerlimiz Rö-yal Xə-yal oğludur.O ro-yal- da müsiqi nömrələri ifa edəcək."

Rö- yal Xə- yal oğluna baxaraq ,Yal- çının xə- yal-ı otuz il öncəyə uçdu.İlahi ,bu necə də əsgər yoldaşı Xə- yala oxşayır...

....Xə- yalla SSRİ dönəmində Yal- ta şəhərinin yaxınlığındakı hərbi hissədə qulluq etmişdilər.Xə- yal Yal- amadan idi.

Hərbi xidmətlərini bitirdikdən sonra bir müddət gah Yal-amada,gah da "Yal- manda görüşmüşdülər.Hər ikisi ailə quranda bir- birlərinin ən əziz qonaqları olmuşdular.

Toylarında "Yal- lı" da getmişdilər...

Ancaq 90- cı illərin əvvəllərində,könüllü surətdə Qarabağ müharibəsinə gedən Yal- çınla Xə- yalın əlaqələri kəsilmişdi. Yal- çın sonradan öyrəndi ki,Xə-yal xarici dövlətlərin birinə köçüb orada yaşayır.

Bu gün ro- yalda müsiqi nömrələri ifa edənin əsgər yoldaşı Xə- yalın oğlu olduğuna zərrəcə şübhəsi qalmadı Yal- çın kişinin.

Televiziya kanalı ilə əlaqə saxladı.Zənnində yazılmamışdı.Bəli ,Xə- yalın oğlu Rö- yal idi.Görüşdülər.Yal- çın Rö- yalı evində bir - iki gün qonaq saxladı...

...Xə- yal kişi artıq illər sonra əvəllər əsgər yoldaşı olmuş Yal- çınla şirin - şirin söhbət edirdilər.

Xə- yal yaxın qohumunun dəvəti ilə əvvəl Türkiyənin Yal-ova şəhərində yaşayıb ,işlədiyini ,oradan isə Amerikaya köçdüyünü danışdı...44 günlük müharibədə Ordumuza maddi yardım etdiyini də dedi.

Yal- çın Birinci Qarabağ müharibəsində vuruşduğundan və sonrakı həyat yolundan söhbət açdı...

...Xə-yal kişi Cıdır düzündə əyilib ,torpağı öpdü,göz yaşlarını saxlaya bilmədi...

Yal- çın kişi ilə Xə- yal kişi orada "Yal- lı" gedənlərə qoşuldular...

*yalman--atın boynu,yal bitən yeri.

Fərhad Tapdıqoğlu