Xatirə Fərəcli : - Bugünkü hava

Ədəbiyyat 10:39 / 03.12.2024 Baxış sayı: 436

 

Çoxüzlü adama bənzəyir bu günkü hava

günəşiylə aldadır

gülüşündə gizlənən adam kimi,

kəsib doğrayır insanları,

küləyiylə

fırladır,

fırlanır istədiyi səmtə,

sazağıyla

nə qədər qorunsan da,

sırtıq-sırtıq tapıb yalayır,

dalayır

üzləri,

ayaq altından qumu qaldırıb

doldurur gözləri

bağlanır gözlər.