Xatirə Rəhimbəyli : - Bu fani dünyada...

Ədəbiyyat 07:55 / 04.12.2024 Baxış sayı: 351

Bu acı dünyaya eşqim, həvəsim,

Bu fani dünyada varım, yoxumsan.

Vermir ki...

Oynayır fələk bizimlə –

Hər kim bu dünyadan nəyi çox umsa...

Dadaydı bu acı qəmdən özü də,

görəydi kədərə yanmaq necə olur...

Tutur gözümüzü...

Baxıb görmürük,

Görəndə baxırıq...

Onda gec olur...

Qəmin də öldürə bilmədi məni.

Gücünü görmədim ayrılığın da!

Dolanır dünyanı sərgərdan canım –

kədər aşığımdan, dərd topuğumdan...