İsmayıl İmanzadə: - ÖMÜR MUNCUQ DÜZÜMÜDÜR

Ədəbiyyat 19:35 / 03.12.2024 Baxış sayı: 276

 

Məhəbbətim qibləm, andım

Onun alovunda yandım.

Misra-misra sıralandım -

Sözə vurula-vurula.

 

Bir nəğməli dodaq oldum,

Yaşıl üzlü yarpaq oldum.

Qaynar gözlü bulaq oldum -

Axıb durula-durula.

 

Duyğu qəlbin közümüdür,

Kövrəkliyin özümüdür?

Ömür muncuq düzümüdür -

Harda qırıla, qırıla...

29.03.1981