Ehtiram Ilham : - Dünyada

Ədəbiyyat 11:28 / 03.12.2024 Baxış sayı: 397

 

****

Bütün ucaların ucası sənsən,

Adına bağlıdı hamı dünyada.

Nə ki gözəllik var, xəlq eləyibsən,

Sənsən gözəlliyin cəmi dünyada.

 

Noolsun, demədin - bir xoş tale seç,

Bu dolanbaclardsn bir az rahat keç...

Sən məni heç yanda görməsən də heç,

Hər yerdə görəcəm səni dünyada.

 

Şükür, yüz alanda birin veribsən,

Ən küncdə, bucaqda yerim veribsən.

Dərdini bu boyda şirin veribsən -

Canıma təpmişəm qəmi dünyada.

 

Bağrımın başında kimi bildim ki,

Kimə öz ruhumu belə verdim ki...

Tək səni sevdim ki, səni sevdim ki,

Təkcə sən duyasan məni dünyada.

3.12.24.