Kəramət : - "Çıkar ilişgiləri", mənimsə, bu Bazarda işim yox...
"Xəfif mədə bulantısı", mənimsə, Ürəyim bulanır
"Çıkar ilişgiləri", mənimsə, bu Bazarda işim yox...
....ən çox darıxdığım məkan BAZARdı, canımı qurtarıb çıxıram, qurbağa ilan ağzından qurtulur kimi oluram.
Bazar iqtisadiyyatı bazar mənəviyyatını (sızlığını,-daha doğrusu) gətirmədi, tam tərsinə...
Əvvəlcə maraq oyadırlar-məsələn kimi Xoşqədəm obrazını götürək, əslində digər tanırlıq şkalsı yüksək olanlar da eyni projenin işçiləri-funksionerləridi, istər ekranda, istərsə də küçədə Kukla Teatrı -, içinə mahiyyətdən qaçış xarakterli sosial ağrıkəsici qoyurlar, sonra öyrəşirsən, araq, siqaret, narkotik maddələr kimi...məsələ TAM ANLAMIYLA TAMAM..
Bir gün ayılanda, başın ağrıyır, mədən-ürəyin bulanır və maldaşıyıcısını (narkotika alverində işlənir) söyürsən, ağrını keyitmək üçün yenə xoşuya-zaura-rəşidçölə müraciət edirsən..20-30 ildi bu ları beyninə yeridiblər, bir 50 il gərək ki, cəmiyyət özünə gəlsin...
Bu yerdə..Allah səni güldürsün, Vidadi Məmmədov ..AYB-nin (onda İttifaq idi) qabağında bir çinar ağacı vardı...bir ədəbi məmur dirsəyini o ağaca dirəyib halından məmnun gəlib-gedəni yuxarıdan-aşağı süzürdü. Vidadi də bunu süzüb qoluma girdi,-Gəl bəri, dədəmin göru haqqı, bundan belə Yazıçılar ittifaqı gərək 50 istedadlı adam işə qəbul edə ki, günahlarını yuya.
..söz sözü çəkdi, sadəcə....
Biri-biriylə bağlı, hətta eynidi fiziki-mənəvi yoxsulluq. İstesal özüylə birgə intellekti gəlişdirir, ya da əksinə.
Bomboz binaların tikilməsi istehsal deyil, Qobustan-Kürdəxanı-Qızıldaş tərəfələrdəki çoxmərtəbəli təcridxana-türmələrdən heç bir fərqi yox, yəni bu arxitektura deyil, necə ki yazdıqlarımız hamısı biri-birinin oxşarı-libası dəyimək yox, baxış yerini-dünyagörüşünü dəyişmək gərəkir.
Yaxşısı bu qıza qoşulub rəqs eləmək di, onu da bacarsaq.
P:S və ya dəxli olmayan sonluq...
MEŞƏNİ ÇAQQLLAR BASIBSA, ASLANI SORUŞMA
VƏ YA
HAMININ TƏRİFLƏDİYİLƏ BƏYƏNMƏDİYİ ARASINDA BİR İŞARƏ VAR := (bərabərlik)