Xatirə Rəhimbəyli - Yaman daş- kəsəkdi ömrün yolları

Gündəm 08:30 / 01.12.2025 Baxış sayı: 943

Yaman daş- kəsəkdi ömrün yolları,

Gözlərin yol çəkmir ta mühəndisim ?

Kəsib cingiltisi qulaqlarının ,

Çatmir daha sənə qəlbin zəng səsi ?

 

Qatıb qabağına zamanın seli ,

Dünyanın nə qədər kövrəkləri var...

Keçib gələmmədim ,dövrəmdə borcun ,

Qəribim ,o qədər xəndəkləri var!!!

 

Nə qılınc qolum var, nə xəncər əlim ,

Dustaq bəxtin nedim ucqar köyündə?!

Götürüb asmışam gözümü göydən ,

Çıx yellən duamın yelləncəyində