Arzu Ada - ..Güllü don .

YAZARLAR 07:29 / 05.12.2025 Baxış sayı: 612

 

 

....

.Kücə qapısı cırıltı ilə acıldı ..Yekə tiyanda su isidib uşaqlarını həyətin ortasında yekə ...yasdı daşın üzərində cimizdirən Sona başını qaldırıb həyətə girən kişiyə baxdı

Kişi bu həyətin sakiniydisə ...yəni əri Əsəd idisə bəs o iri bazar cantası nə idi .?

Cünkü ərini hələ belə əli ..qoltugu dolu gördüyü yadına gəlmirdi .

Bıyy .... bissimillah .. daş yagacaq ay allah ..

..deyə sabunlu əlləri ilə sacını geri itələdi

Yaxınlaşanda Sona bir də diqqətlə baxdı

Şəkk ...şübhə yox idi

Əri Əsəd idi

Üzünü qırxmış ...əyninə təzə köynək almışdı ... dişlərini də agardıb Sonanın qarşısında dayanmışdı

Boy ..üz gözündən zəhər zəkkum cəkilməyən adama nə olmuşdu görəsən ?

Sonanın aglına ilk gələn bu oldu

Yəqin loteriyası udubdu ..

Əsəd şəstlə əlindəki bazar cantasını yerə qoyub :

. ..İşini qurtar ..gəl aldıqlarımı yerbəyer elə ..özün də ye ..

Meyvə.. zad almışam

(Meyvə meyvə idi .

zad nə idi ...mən indi də anlaya bilmirəm . ....!)

Sona yenə ərinin üzünə baxıb :

---Boy.. bu kişiyə nə olub bu gün ?

Əsəd gözünü Sonanın gözünə zilləyib :

...Getmişdim şəhər bazarına ay arvad.

Boy 15 ildə hələ Əsədin ona belə baxdıgını görməmişdi .

Gözləri siçan görmüş pişiyin gözü kimi parlayırdı

Allah sən xeyrə cala

Sonanın əti ürpəşdi ..

. Mənə də bir şey_ mey ver yeyim

Acından öldüm .

Sona icəridən qızını səslədi

Nazlı. ...gör dədənə nə verirsən yeməyə .

A kişi bu gün catdıra bilmədim get Nazlı pendirdən.. zaddan versin ye. .

Başqa vaxt bu sözü bu kişiyə deməkmi olardı? Dünyanı dagıdıb ...Sonanın bütün ölənlərə <fatihə> yollayardı .

. Hə... nə olar. . deyib icəri kecən ərinin arxasınca uzun bir nəzər saldı Sona .

. Ay allah< itdi .. qurddu>.. başına bir şey gəlməsin

Bu kişiyə bu gün nə olub ?...deyib... <13 nömrənin> da yaxalayıb yanbızına bir şillə vurdu :

...Get paltarını tap .. geyin .

Həyətlə ...uşaqlarla işini bitirən Sona qazan ..tiyanı əl damına yıgıb evə girdi ...

Əsəd quzu balası kimi qarşısındakı lavaşa pendir.. göyərti qoyub icəri ötürürdü .

Sonaya alçaq səslə mülayim mülayim nəzər salıb

.. Ay arvad yaxın otur .

. ..Bilirsən də.. bu gün bazara getmişdim .

Bazara güllü cit gətirmişdilər.

Üstündə qırgın idi .

Dükancı Səftərə hum ..cim elədim ki.. mənə 3 metr kənara qoysun .

Sonanın üzü işıqlandı

.. Ay kişi ,...balaca dənər dənər idimi gülləri ?

Hə ..elə dənə dənə idi ..üstündə sarı sarı cırtmıx cicəyi də varıydı ..Sonanın gözləri daha da parıldadı

. . Güllünün geydiyindən deyildi ki ?..

Güllü qonşuları idi .

Əsədin üzü bir anda döndü.

...Əə...mən nə bilim Güllü nə geyinir ?.

Sona daha sual vermədi hər ehtimala qarşı Hirslənsə sarı cırtmlıx güllü donun <suya düşəcəyi> ehtimalını göz önünə gətirdi.

Xəyalına qonşusu Güllünün əynindəki yeri ag . üzərində xırda xırda desənli cicəkli paltarı gəldi .

Köks ötürdü

İnşallah ondan olar ...fikrindən kecirdi.

...Hazırlaş ... səhər tezdən gedirik bazara.. sənə həmin o güllü dondan alacam ...

Qırmızı başmaq da vardı dükkanda ayagına olsa onu da alarsan .

.. Bıy .. a kişi nə yaxışı ..

Əynimdəki on il bundan alınan paltardı ..

Əsəd bir az tutuldu .

. . İnnən belə səni xanımlar kimi geyindirəcəm ay arvad..

Sonanın ucmaga qanadı olmasa da... elə ucan təhər özünü verdi qonşusu Güllünün yanına

. Ay Güllü .. şəhərə kəndcimiz Səftərin dükkanına yaxşıca güllü cit gətiriflər

Deyirlər üstündə qırgın düşüff..

( Da bir necəsinin öldüyünü demədi ))

.Səhər Əsəd məni şəhərə aparıb o citdən alacaq..

. . .. Az nə yaxşı ..

Hə . .ay Güllü. vallah özü mənə dedi səhər gedirik şəhərə .

...Az mübarəkdi .

. Sag ol ay Güllü bacı

Axşamacan Sonanın əli caldı... ayagı oynadı

Sonra da ayagı caldı ...əli oynadı

Əlqərəz bütün ailə yorulanacan oynadı

Radiodakı musiqiyə özü də ...Əsədlə .oynadı Uşaqlarda bir birinə qoşulub oynadı

Əlqərəz

Axşam düşdü

Bunu oxuyanların üzünə xeyirli gecələr acılsın?!

....Acılsın !

(Oxuyurlar ...əziyyət cəkirlır))

Gecə yatanacan Sonanın aglından sarı cırtmıxlı paltarın xəyalı getmədi .

Verərəm qonşu Əfruza tikər

Həm yaxşı tikir ..həm də kişinin dost dogma xalaqızısıdı

Ucuza tikər .

Bu məsələ də belə həll olundu .

Əfruzə paltarı tikdi..

Sona da 5 manata tikilən paltara 3 manat verib Əfruzəgilin evindən çıxdı

Qaldı güllü donu geyib kəndin içində forslanmaq..

Elə təzə yerinə uzanmışdı ki huşa getsin qapı astaca aralandı ...

...Sona.. neyləyirsən.. yatmısan .?

. . Allah evini yıxmasın görmürsən it kimi yorulmuşam yatıram ...deyə ərinə bərkdən cəmkirdi

Deyəsən bərk soyuqlamışam bəlkə kürəyimi ovuşdurasan ..ölürəm.

Bayaqdan əli çalıb ayagı.. ya ayagı çalıb əli oynayan adam deyildi sanki

Sən dədənin goru görmürsən ölürəm

Get üstünü qalın elə yat..

Əsəd hirslə geri geri gedib qapını cırpdı .

Otaqdakı servantln ucindəki qablar bir birinə dəyib səs saldı. . )

...

Səhər həmişəkindən gec acıldı ...Əsəd ücün

...Buranı da kecək ..

Səhər tezdən duran Sona stolun üstünə səliqə ilə yeməkləri qoyub əri yatan otagın qapısını yavaşca aralayıb :

...Ay Əsəd ...dur bəs bazara getməyəcəyik ?

Dur ... dur... tez yeməyini ye gedək güllü citi götürək .

. Gün qalxmamış .

Əsəd ətrafına baxdı

böyründəki agır ..güllü mütəkkəni snayperci sərrastlıgı ilə arvadına sarı tulladı .

..Get ...cəhənnəm ol ...güllü cit mit yoxdur .deyib üzünü döndərdi

Bıyy...

Sonn.