Güləşçimiz dünya çempionu oldu

İDMAN 21:49 / 21.10.2025 Baxış sayı: 7648

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

Yenises.az xəbər verir ki, 63 kiloqramda çıxış edən idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.