Əlirza HƏSRƏT - HƏKİM

Ədəbiyyat 11:10 / 05.12.2025 Baxış sayı: 492

 

Mən qərib divanə,sən Loğman,təbib,

Görmədim dünyada heç belə həbib.

Dedilər,dərdlərin əlacı gəlib,

Müştaqdır boyuna bu mahal,həkim.

 

Sən bizi,Allah da səni qorudu,

Ahımdan neçə göz yaşı qurudu.

Ağ xalat əynində həyat nurudu,

Dərmanın acıdı,dilin bal,həkim.

 

Ayrılıq üstünə hey silah çəkir,

Kənizin nazını zalım şah çəkir.

Lalələr uzaqdan baxıb ah çəkir,

Nədir bağrımdakı gör bu xal,həkim?!