Əşrəf Veysəlli - Əlimdən nə gələndi...

Ədəbiyyat 07:12 / 05.12.2025 Baxış sayı: 623

Əlimdən nə gələndi

Ömrün atı qığılcım, ömür yolu çox qısa,

Könlümün güvəndiyi dağ içindən yıxılsa,

Qərar birdir, hökm bir: bütün aləm yığılsa—

Yollar vardan heçliyə hər an gedib gələndi.

Əlimdən nə gələndi?

Arxada qalmış artıq neçə qarlı aşırım,

Nə müddətdir bir ömrün zirvəsindən aşıram.

Bir kilidli dünya var,- ona yaxınlaşıram.

Ömrün budaqlarında günlər ağacdələndi,

Əlimdən nə gələndi?

Yerin, göyün, dünyanın təbəssümü üzündə.

Dan yeri qönçələndi addımının izində…

O ilahi gözəln baxışından, gözündən

Bir qəlbə od töküldü,bir qəlbə nur çiləndi.

Əlimdən nə gələndi?

O kimdir, od püskürür. Qəzəb üstə atlanır,

O nankorun nazına dünya necə qatlanlr?

Yandıran kim, yanan kim?-yenə şair odlanır…

Belə getsə bu dünya çətin ki düzəıəndi,

Əlimdən nə gələndi?

Bir tərəfdə tənəzzül, bir yanda yüksəlişdi,

Bu nə sirli bazardı, bu nə gediş- gəlişdi?

Gülüşü faciədir, faciəsi gülüşdür,

Yaranışdan bu düya ağlayandı, güləndi. Əlimdən nə gələndi?

Şair qəlbi kəpənək qanadından yuxadı,

Orda kimin dərdi yox, orda kimin yox adı?

Ölüm necə ucuzdur, həyat necə bahadır, üstəgəldi,çıxmadı, bölünəndi, böləndi…

Əlimdən nə gələndi,

əlimdən nə gələndi?!)