Bəhram Bilaloğlu - Tumurcuq görmürəm mən bu ağacda...
**
Tumurcuq görmürəm mən bu ağacda,
Meyvəsi tükənməz sevda kimidir.
Doymaq istəməyən neçə insanın
İçində alovdu, peyda simidir.
**
**Bulud öz suyundan ehsan eyləyir,
Göyün pıçıltısın yerə söyləyir,
Torpaq xəmirlənir, sevgi ələyir,
Şükür qılmaq olur hər saniyəmiz
.**
**Bəhram, nə gözəldir yaşamaq belə;
Açırsan könlünü yağışa, selə,
İçib arzuları atanda gölə,
Barın almaq olur hər saniyəmiz.
**
**Yağış səpələnir, yuyur torpağı,
Cənnətə çevirir bağçanı, bağı,
Yaşıl yamacları, bozarmış dağı
Seçmək, olmaq olur hər saniyəmiz.**