Əbülfət Mədətoğlu - Baxsın

22:18 / 01.12.2025 Baxış sayı: 1128

Sönüb yenə otağımın işığı 

Pəncərəm də açılmır ki, Ay  baxsın...

Qatı  duman  elə  girib  araya -

Qoymur  barı  ulduz   boyda  tay  baxsın!

 

Üzü  dönüb  elə  bil ki, gecənin

Azalıbdı  izi  yoldan  keçənin!

Mən  dayanıb gözlədiyim  küçənin -

Gəl  yanmayan  lampaların  say,  baxsın...

 

Mən  sevgimdə   mələk  bildim  vəklimi.....

Adım onun ürəyində əklimi?!

Qaranlıqda    çəkdirdiyim   şəklimi -

Təqdimatsız  , qapı-qapı  yay, baxsın!