Gülnar Ümid - Sənə səndən danışdım...
Sənə səndən danışdım...
Gözünün güzgüsündə,
daranırdım bu gecə.
Üzümə kirşanımı
dodağının fırçası,
çəkirdi bax beləcə.
Karlaşmışdı qulağım,
eşitdiyim səslərə.
Nəfəsin danışırdı
acıq verirdi bütün
"əbəs"lərə, "bəs"lərə.
İlk dəfə idi bu gün,
sənə səndən danışdım.
Acığına gəlməsin
sənə demişdim axı,
sevgilimlə tanışdın.
Şəlləmişdi saçımı,
kürəyimə əllərin.
Danışdıqca dilindən
sürüşüb ürəyimə
düşürdü ümidlərim.
Yol eyni, mənzil ayrı
Qapının astanası,
utandı ayağımdan.
Gözümdə səni görüb
sevindi intəhası...
