Dəniz və Sahil -yazdı Fərhad Tapdıqoğlu

YAZARLAR 08:14 / 05.12.2025 Baxış sayı: 588

 

 

                                                                                    ( hekayə)

Sahil müəllim müəssisələrin birində şöbə rəisi vəzifəsində çalışırdı.Zavod rəhbərliyinin göstərişinə əsasən baş mütəxəssislər və şöbə rəisləri zavod idarəsində iş başlayana qədər sex və sahələri gəzir,cari məsələləri yerindəcə həll edirdilər.

Sexlərin birində konveyer xəttindəki avtomat sarğı dərgahında işləyən operator qız Sahil müəllimə bir neçə dəfə suallarla müraciət etmişdi.Dilli-dilavər olan bu qız ilk sual-cavabdan Sahil müəllimin diqqətini cəlb etmişdi.

Günlərin birində həmin qız Sahil müəllimə yaxınlaşıb dedi:

-- Mən ali məktəbin axşam şöbəsində təhsil alıram.İnsititutda ixtisasım üzrə işləməyi tələb edirlər.Sizin şöbədə mənim üçün iş olmaz ki?!

Sahil müəllim onu şöbəyə dəvət etdi .Müəyyən suallar verib, qaneedici cavab aldıqdan sonra mühəndis vəzifəsində işləməsi üçün xanımın ərizəsinə dərkənar qoydu.Dəniz adlı bu qızın ərizəsini zavod direktorunun yanına aparıb ,qol çəkdirdi.İki gündən sonra növbəti ayın ilk günündən Dəniz şöbədə işə başladı.

İş gününün çox hissəsini əsəbi halda keçirən Sahil müəllim çox tələbkar rəis idi.Gün ərzində vəzifə borcunu yerinə yetirməyən işçi ,işdən sonra şöbədə qalıb,işini sona çatdırırdı.

Dəniz işə aid suallarla tez-tez rəisinə müraciət edirdi.Başqaları ilə bəzən acıqlı danışan Sahil müəllim,Dənizə təmkinlə cavab verir,səbrlə izah edirdi.

Sahil müəllimə şöbədə işləyən xanımlar əvvəllər növbə ilə çay verirdilərsə, Dəniz işə başlayandan sonra, yaşca digər xanımlardan gənc olduğunu əsas götürərək, çayı rəisinə o aparırdı. Çayın da yanında Dənizin özünün bişirdiyi paxlava,qoğal,peçenye ...olardı.

Dəniz çox səliqəli qızdı .Gülərüzdü,həm də şıltaqdı.

Sahil müəllim Dəniz onun kabinetinə gələndə nədənsə həyəcanlanırdı.İlahi,bu nə hiss idi?!

İş gününün bitməsini heç istəmirdi Sahil müəllim...

Dəniz axşam dərsə gedəndə ,mütləq Sahil müəllimin otağına daxil olub,sağollaşırdı.Bu zaman ürəyinin döyüntüsünün nə üçün artdığını anlaya bilmirdi Sahil müəllim...

Bir gün Dəniz rəisinə çay gətirəndə ,rəis onun əlindən tutub razılığını bildirdi.Dənizin yanaqları allandı.Baxışlar toqquşdu...

...Moskvaya,Nazirliyə təcili olaraq ,materialların norma sərfi hazırlanıb ,təsdiqə aparılmalıydı.Bu normaları hazırlsyıb,başa çatdırmaq üçün Dəniz iş vaxtından sonra rəislə birgə sənədləri işləyib ,başa çatdırdı.Sonra...

Sahil müəllim Dənizi qucaqlayıb öpdü.Dəniz həyəcandan qızarsa da,ona heç nə demədi.

Sahil müəllim bir bənd şeir yazılmış kişik kağız parçasını Dənizə uzadıb dedi:

---Oxuyarsan .

Dəniz marşrut avtobusunda əyləşəndən sonra rəisinin yazdığını oxudu:

"Sən mənə gərəksən, hər gün,hər saat

Tanrıtək bəndəni yaşatmaq üçün.

Sən mənə gərəksən,mənim könlümün

Uyuyan gölünə daş atmaq üçün"

Dəniz bir xeyli düşündü.Ertəsi gün Sahil müəllimə çay verərkən ,o da rəisinə bir kağız uzatdı:

"Sevirsən ,sev məni səssiz,səmirsiz,

Qoy dilə düşməsin məhəbbətimiz.

Vaxtında dünyaya gəlməmişik biz,

Birimiz payızıq ,birimiz bahar,

Nə sən günahkarsan, nə mən günahkar"

Sahil müəlim kağızdakı şeiri oxuyandan sonra gülümsündü.

O Dənizdən on yaş böyük idi.Ailəliydi,valideynlərinin seçdiyi qızla ailə qurmuşdu.Həyat yoldaşı ilə demək olar ku,hər gün dava-dalaşda idi.

Dəniz Sahil müəllimin ailəsi barədə hər şeyi öyrənmişdi.Lakin susurdu,ona heç nə demirdi...

Hərdən işdən sonra Sahil müəllimlə onun kabinetində söhbətləşirdilər...

Sevgi insanı necə də dəyişərmiş?!

Sahil müəllimin ürəyini süzgəcdən keçirmişdi məhəbbət.Zəif ,ötəri hisslərin yerini nəcib hisslər tutmuşdu.

Əsəbi Sahil necə də sakit ,təmkinli olmuşdu?!

Bu qədər mehribanlıq,nəvaziş hardan gəlmişdi ...

...İki ürəyin ,Dəniz və Sahilin ürəklərinin bir vurması onlar üçün bir möcüzə,bir xöşbəxtlik idi.

Dəniz başını Sahilin sinəsinə qoyanda özünü dünyanın ən xöşbəxti hesab edirdi...

...Bir gün Bakıya,dənizkənarı parka,bulvara getdilər.

Sahil Dənizə baxıb dedi:

---"Mən Sahil,

Sən də Dəniz.

Sıxılmısan qoynuma,

Şıltaq dalğalar kimi ,

Qağayı qollarını dolamısan boynuma"

Gözəl,romantik anlar çox oldu Sahilnən Dənizin həyatında...

...Sahil müəllim axşam saat doqquzun yarısına qədər zavodda olurdu.(Çünki direktorun istehsalat üzrə müavininin sellektor müşavirəsi axşam saat 8-də başlayır,on- on beş dəqiqə çəkirdi)

Dəniz saat 6-da işdən çıxanda ,Sahil müəllim, marşrut avtobusuna minənədək onun arxasınca baxırdı.Dəniz ona əl ələyir,sağollaşırdı.

Saat 9-un yarısında yenə Dəniz evdən ona zəng edəndən sonra Sahil müəllim zavoddan çıxardı...

...Artıq şöbə işçiləri arasında "pıça-pıç" başlamışdı.Amma heç kim nə Sahil müəllimə,nə də Dənizə o barədə bir söz demirdi.

...Nəhayət bir gün Sahil müəllimlə Dəniz arasında konkret söhbət oldu.

Sahil müəllim ailəsindən ayrılıb onunla evlənmək istədiyini deyəndə Dəniz qəti etiraz etdi:

--Mən Sizin ailənizi dağıtmağınıza razı ola bilmərəm.Uşaqlarınızın ahı məni tutar-- dedi.Mənə yaxınlarda elçi gələcək.

Sahil müəllim:

---Sən nə danışırsan ,mən sənsiz yaşaya bilmərəm.Mən yoldaşımı sevməmişəm,sevmirəm də.Mən səni sevirəm Dəni z,səni- səsini ucaltdı...

Uzun söhbətlərə, mübahisələrə ,hətta Sahibin yalvarışlarına baxmayaraq ,Dəniz ərizə yazıb,işdən çıxdı...

...Dəniz toyundan bir neçə gün qabaq Sahil müəllimin yanına gəldi:

--Mən getdyim oğlanı sevmirəm.Bütün bunları sənin ailənin dağılmaması üçün etdim.

Bəylik təxtində bəysiz oturacağam.Səni son dəfə görmək ,tez-tez baxışmaq üçün yaxınlıqda olan masada yer seçmişəm,orda əyləşərsən- dedi.Gözlərinin yaşını saxlaya bilmədi Dəniz.

Sahil müəllimin də gözləri doldu.

...Dənizin toyunda baxışlar,gözlər hey bir- birlərinə baxdılar...Nəm gözlər...nəm baxışlar...

Müğənni oxuyurdu:

..."Odlanıb,yansan da,axtarma məni,

Peşiman olsan da axtarma məni"...

...Ancaq Sahil axtarırdı,hey axtarırdı...

Dəniz yaxın rayonların birinə gəlin köçdü.

Sahil tez-tez onun atası gilin ev nömrələrini yığırdı.

Bir neçə dəfə həmin anda orda olan Dəniz dəstəyi qaldırıb,"bura zəng eləmə,ailəmi dağıtma"--deyib...

---Dəniz on il rayonda yaşayandan sonra ailəsi ilə Sumqayıta köçdü...

Bir neçə dəfə Sahilnən görüşdüər.Amma yenə də ayrılıq...

...Uzun illər tez-tez dənizkənarına gedib ,sahildə dayanıb Sahil xəyalən Dənizlə söhbət eləyir.

... Ailəsindən ayrılıb Sahil müəllim.Tək yaşayır,işləmir,pensiyadadır.

Övladları da artıq ailəlidirlər,öz evləri var...

...Sahil müəllimlə Dənizin son ,təsadüfi görüşündən iyirmi ildən artıq zaman keçmişdi.

Dənizin ad gününü xatırladı Sahil .İki gün qalırdı onun ad gününə.O ərəfədə Sahil müəllim ,təsadüfən Dənizin qohumlarından biri ilə rastlaşdı.Həmin adam vaxtilə işdə Sahilin Dənizin rəisi olduğunu bilirdi. O:

---Dəniz bir müddət ailəsi ilə Türkiyədə yaşadı.Çox çətinliklərlə üzləşdi. Ticarətlə də məşgul oldu,şirniyyat da bişirib satırdı.Hal -hazırda Sankt-Peterburqdadır.Həyat yoldaşı rəhmətə gedib.Oğlu ilə orada yataqxanada qalır,ticarətlə məşğuldurlar.Qızı ailəlidir.O da Rusiyadadır--dedi.

Həmin adam Dənizin razılığını alandan sonra onu telefon nömrəsini Sahil müəllimə verdi.

...Sahil zəng edib,Dənizin yeni yaşını təbrik elədi.Saatlarla danışdılar.Mesajdaşırlar o gündən.O unudulmaz anları xatırlayırlar .Təbii ki,yaş o yaş deyildir...

Dəniz Sahilə deyir ki,"öyrətmə özünə,öyrətmə məni".

Sahil müəllim ,çox istəyir ki,elə olsun.Hərdən Votsapda məhəbbət şeirləri də yazır ona.Lap o illərdə olduğu kimi.

"Soruşuram,söylə mənə,

Soyuq səni üşüdürmü?

Burdan sənə can deyirəm,

Qulaqların eşidirmi?"

"Canımı verərəm bir gülüşünə,

Bir gülüşə bir can nədir,əzizim"

Sahil müəllimin canında sanki heç ağrılar yox imiş.Dənizlə zəngləşən ,danışan gündən özünü çox gümrah hiss edir.

Müdrik insanlardan biri demişdir:

"Sevgi üçün ayrılıq,od üçün külək deməkdir.O zəifləri söndürür,güclüləri isə alovlandırır"

Sahillə Dənizin sevgisi çox güclülərin güclü sevgilərindən imiş...

Sahil müəllim deyir ki,"Dənizlə telefonla danışmağım,mənim müalicəmdir".

Televizorda müğənni oxuyur.Sahil Dənizə zəng edib ,deyir ki,o da baxsın:

"Sən bir dəniz olaydın,

Mən sahildə qaya.

Kükrəyəydin,daşaydın,

Sinəmə çırpılaydın."

Ardınca başqa bir müğənni oxuyur:

"Şirin yuxun olaydım

Gözlərinə dolaydım.

Sənə layla çalaydım,

Gecə -gündüz sevgilim"

...Sahil müəllim növbəti dəfə dəniz kənarına getdi,gözəl bir səhnə müşahidə elədi.

Dəniz gah şıltaqlıq edir,gah da nazlana-nazlana sevgilisi sahilin boynuna sarılır,onu qucaqlayır,öpüşlərə qərq edir.

Beləcə sevgililər gözəl anlar yaşayırlar.Qəflətən dənizin ləpəsi sahilə gələn insanları görüb ,geri çəkilir...

Amma sahilin yanaqlarında dənizin öpüşlərinin yeri qalır...

...Sahil kişi Dəniz xanımla xəyalən söhbət edən zaman mobil nömrəsinə mesaj gəldi:

"Bu gün Bakıya uçuram.Məni qarşıla.Dəniz"