Elnur Uğur Abdiyev - İnsanları sevən görəndə...
İnsanları sevən görəndə
özümü sevirəm.
Yarandığım günə:"şükür", - deyirəm.
Bilirəm,Tanrım, bilirəm,
sən də sevinirsən insan sevəndə.
Sevənlər sənə gəlir,
Əllərində sevdiyinə gül gətirəndə.
Dillərində
qaldırırlar bir - birini sənə.
Sən onda şükr edirsən,
insanı yaratdığın günə.
Tanrım,
bu narahat dünyada
yerin relyefi kimi
adamların bəzisi hamar,
bəzisi təpəli adamlar.
O qədər dəymişəm ki,
dırmananda o təpələrdən.
Dəydiyim yerdən,
səni sevmişəm.