Yadigar Təvəkgul - Daha darıxmıram ki...
Daha darıxmıram ki,əlimin yaddaşından
Nə də üşümürəm heç ürəyimin qışından
Daha pəncərəmizdən ürək rəsmin silirəm
Sənli xatirələri atmaq üçün başımdan
Nə bir çiçək ləçəyin yoluram sənə görə
Saçımı qaraltmışam saldığın dənə görə
Dağlara üz tutmuram sinəmdə var da dağım
Söz dağımda gəzirəm dümana çənə görə
Silmişəm əllərimlə bircə -bircə rəsmini
Parçalayıb atmışam qəlbimdəki tilsimi
O qədər sığınmışam çəkdiyim ağrılara
Indi məndən utanır qəlbimdəki eşq simi.
Kipriyimdə yaşımdan həsrətini asmışam
Öz içimdə büdrəyib öz içimə aşmışam
Yemişəm pişik kimi xəyal adlı balamı
Ovcumdan son ümidi gözlərimə basmışam