Arzu Ada -  Qəninin oğlu...

YAZARLAR 08:25 / 30.10.2025 Baxış sayı: 3827

Bütün kənd bilirdi ki Qəni gələn ayın neçəsində... saat neçədə...hansı reyslə ..hansı nömrəli təyyarə ilə ...neçənci gün Bakıya gedəçək .

Hamı da paxıllıgından partlayırdı ..

O gedib Bakını görəcək ...biz də kəndin çayxanasında oturub Vəlinin sapsarı çayına bir manatımızı xərcləyəcəyik ..

Qəni də mümkün qədər söhbəti fırlayıb mütləq Bakıya gedəcəyini hamının bilməsini istəyirdi .

Kənd daha bunun Bakı söhbətindən zara gəlmişdi

Ayln 5 ..gəlsəydi ..bu Qənini sag salamat Bakıya yola salardıq ...

Düz üç il idi ki Qəninin oglu Bakıda hansısa məktəbdə oxuyurdu

Nə oxuyur?

Qurtarıb nə olacaq ?...deyə Qənidən soruşanda :

Qurtarıb gəlib kənddə kolxoz sədri olacaq ...deyirdi

Bu söhbət də yeməyib ..icməyib gedib çatırdı kolxozun sədrinin qulagına .

Bildiyimiz kimi heç kim rəqabət sevmir

(Mən də ..)

Bu söhbətin xeyri də o olurdu ki M.T.S.də (maşın təmiri stansiyası ) gözümçıxdıya salıır gününü qara edirdilər Qəninin..

Qəni burada matorçu.... çilingər idi allah qoymasa 

Qənini göndərirdilər bitməz işə ..adını da qoyurdular Qəni ..pardon Yarıtmaz..

Canı bogazında idi ..Göz yaşını mazutlu makintojuna silirdi

Arvadı köpəyin qızı kişinin cib dəsmalına da düz əməlli nəzarət eləmirdi .

Heç olmasa allahın salfetini qoymurdu bu Qəninin cibinə

Nə isə

Sədr Qəninin maaşını.. qarajın müdrü isə minus qoyub iş günlərini bir bəhanəylə kəsir.. bir sözlə kişini bu kənddə əməllicə sıxışdırırdılar

Qəni isə bunlara dözüb.. dururdu..

İntiqam saatı ili getdikcə yaxınlaşırdı

Gör sizin başınıza nə gətirəcəm ..

Qoy bu son kursu da başa vuraq ... sanki oglu ilə birlikdə qurtaracaqdı məktəbi

Oglu ilə baglı bütün xəyallarını cəm halda ifadə edirdi

Asacagıq.. kəsəcəyik... şumlayacagıq ..həbs edəcəyik . güllələcəyik . .

Məsəlcün yəni

Birinci elə sag qonşusu. . sədrin pencəyini tutan sədrin müavinliyindən çıxartdıracam

Sonra kecəl Əzizin ..hesabdarın şələsini qoltuguna verdirəcəm

Çoxundan bəlkə də bütün kənddən intiqamını alacag günü iplə çəkirdi Qəni ..

Qoyy.. oglum bir qurtarıb gəlsin .

Oglu arada kəndə xəbər uçurmagı ehmal etmirdi .

Ata. .. qoy bitirim məktəbi .

Diplomu əlimə alım... kənddə kolxoz sədri vəzifəsi mənimdi ..

Hələ ki.. Qəniyə elədiyinizi eləyin köpək uşagı .

.Az qaldı

Qəni gələcək< kolxoz sədrinin> yanına uçmaq üçün qonşusu Əlinin köhnə 07 nə əyləşib yola çıxdılar

Oglu sədr olanda qonşusuna

baş mexaniklik sözü vermişdi Qəni .

Qəni təyyarə biletini bir də yoxlayıb arvadının yıgdıgı ərzaq dolu çuvala nəvazişlə baxıb

.. Nə aparıram.. halalın olsun

Nə yeyirsən halal xoşun .

Birçə gəl bu kəndin altını üstünə çevir... heyfimi al .

Onda daha ...allahın <əcazı> Səfər də mənim çay yarım saat yubatmayaçaq.

Kolxozun işçilərinə iş üçün verilən iş geyiminin 48 razmer əvəzinə o şərəfsiz anbardar 56 razmeri Qəniyə sırımayacaqdı

Üstünə atıb:

. Gey.. qalan budur.. ! deməyəcəkdi

Qəni də geyinməyəcəkdi

Çünkü zaman o zaman olsa da dövran bu Qəninin dövranı olacaqdı

Hələ oglu üçüncü kursu bu il bitirəcək ..

Bu kolxozda forma şərt idi .

Necə ki həkim ag xalatsız girə bilməz .

Hərbiçi otagında şap..şapla gəzə bilməz rituzla otura bilməz ..

Eləcə də kolxozun maşınları üçün göndərilən detalları qonşu rayonun avto zapcast dükanlarına verib satdıran sədr işə uni formasız gələni cərimələyib maaşını kəsirdi .

Burada qanun şah idi

Şah qanun deyildi .

Qəni yetim geyməsin neyləsin ?!

İşdən çıxıb nə iş görsüne .

Rastına cıxanlar boyuna 5 bədən böyük gələn paltarlarına baxıb gülməkləri Qəninin daha vecinə deyildi

Az qalıb qoy oglum bir qurtarsın məktəbi ..

Qırılan ən çətin texnikanı da düzəltməyə bu Qəniyə verə bilməyəcəklər

Düzəlməyən.. daha dogrusu düzəldiləsi mümkün olmayan maşınlar ücün da Qəninin maaşından kəsməyəcəklər

Kənd bu Qəniyə qənim kəsilmişdi .

İnşallah Qəni də hələ yıgırdı kəndin adamlarından ..

İndi budu Qəni gələcəkdə kolxiz sədri kimi kəndə dönəcək oglunun yanına gedir Bakıya

Bu da ...Bakı !

Canım Bakı... gözüm Bakı .

Kaş. . Naxcıvan da Bakı olaydı .

Kaşş.

Amma Naxçıvan heç vaxt Bakı ola bilməzdi

Qoymazdılar !

Bu şəhər Bakının kirayədə qalan ögey qardaşı statusunda olacaqdı həmişə

Gedişat bunu göstərirdi .

Adamlarsa axın axın Bakının Abşeron yarmadasını zəbt etməkdə qərarlı idi

Koma olsun ..aclıq olsun Bakı olsun şüarını əsas tutub saqqızdan... İranın qaloşundan ..bakuşundan gətirib kənd kəsəkdə satıb tüklərini duruldan hər kəs Bakı arzulayırdı .

Sizz..!!

Siz . hec Naxcıvandan ucan təyyarənin Bakıya enişində dönüb sərnişinlərin sevinc göz yaşlarının şahidi olmusunuzmu ?

Olmamısız ?

Çox şey itirmisiniz çox .

Pəhh.. oglu belə yeri qoyub necə o kəndə dönəçək

Bu fikir Qənini həm qorxutdu ...həm də həyacana saldı

Ya dönməzsə ?!

Əşi qalmış burada nə iş görəcək e ?!

Ətrafına baxdı

Ətrafda nə bir qoyun.. nə bir keçi.. nə bir qaz ..ördək belə yox idi .

Tək< ceyran sürüsü> rahatca gəzirdilər

Bunlardan da mənim ogluma nə vare ?

Dönsün gəlsin qonşunun işli ...güclü ..birdəfəyə iki təlis unu təndirə vuran dayıoglusu Əlişin qlzı Gülünü alacam toyunu da edəcəm

Gülü də olacaq kolxoz sədrinin arvadı .

Bir az rahatlayıb əlindəki ünvanı taksinin icindəki üz gözündən zəhər yagan şoferə uzatdı

Allah. allah elə bil kəndimizin burnundan düşüb bu oglan .

Üz gözündən zəqqum yagır..

...Vallah . elə bu zəqqum Məmmədin oglu olmalı

Taksiyə əyləşən kimi bir istədi soruşsun..ki

...A... bala sən filankəsin oglu deyilsən ki ?

Soruşmadı .

Düz elədi .

Məmmədin 4 oglu da zəqqum Məmməd tərəfindən deport olunmuşdu kənddən

Deyilənə görə onlar da bir dəfəlik hər şeyə tüpürüb burada Binədə ..Sədərək t/m də. hambaldan zaddan işləyirdilər .

Araba sürürdülər

Kəndə də xəbər yollamışdılar. ki burada öz obyektləri filanları var

Fəhlə işlədirlər...zad

Biri də< Bolt >da taksi sürən idi deyəsən .

Bəlkə elə o dörddən biri elə budu .

Şofer ünvan yazılmış adresə baxıb maşına qaz verdi .

Yarım saatdan sonra artıq şofer bir böyük binanın qabagında saxladı

. Buradı .

Qəni belə tez catmagına təəccüb elədi

Ona elə gəlirdi Bakıda bir yerdən digər yerə getmək üçün bir gün... bir günorta yol gedəsən gərək .

Könülsüz maşından düşüb ətrafa baxmaga başladı ..

Ətraf... tələbə qaynayırdı

Evin ylxılmasın Bakı bu qədər milləti üstündə necə saxlayırsan ..necə geyindirib.. necə yedirdirsən

Yanından kecən bir oglanln pencəyindən yapışdı

. .Allahü Əkbər bu da elə bil Zəqqum Məmmədin bir başqa oglu olmalı

Bu nə möcüzə .?

Kimə baxırsan hamı elə bu zəqqum Məmmədin yetimcələrinə oxşayırdı

Allah sən aglımdan mugayyat ol .

A bala . burada mənim oglumu tanımırsan

Az qala deyəcəkdi ki mən də sizin kənddənəm Dədən Zəqqum Məmmədi də tanıyıram ..keçən il mənim qoyunumu vurub qıçını qırmışdı

Demədi ..yeri deyildi .

Uşaq heyrətlə Qəniyə baxıb:

Dayıcan sənin oglun kimdir .

Burada 2 min adam oxuyur

...Çingiz ...a bala

Cəhridəndir. ..Elə oglum da bu məktəbdə oxuyur .

Qurtarıb kənddə kolxoz sədri işləyəcək

. Nə kolxoz sədri ay dayı .?

Bu məktəbi bitirənin kolxozda nə işi ..

Oglan nədənsə işin dolaşıq oldugunu hiss edib

.Day day oglunun ad familiyasını de ..mən girib öyrənib gəlirəm

Abbasov Cingiz Qəni oglu.

Cəhridənik

İstədi< gələcək kolxiz sədri> sözünü də desin nədənsə sözünü dilinin ucundan geri qaytardı

Yarım saatdan sonra həmən bu Zəqqum Mamedin ogluna oxşar gədənin yanında bir adam peyda oldu .

Əynində köhnə ala bula çırıq paltarlar ..üz gözü qrimlənmiş biri

Əllərini açıb Qəninin üstünə cumub onu qucaqladı . Dədə.. çoxdan gəlmisən?

Bə niyə bura ?

Sənə evin ünvanını vermişdim axı

Oglu da caşmışdı yəqin evin deyil oxudugu

ünvanıyla qarışıq salmışdı

Qəni ondan da bərk caşmışdı .

Bu köpəyin oglu indi gəlib kəndin uçuq.. sökük o klubunda nə işləyəcək .

Bir gecə Bakıda zor qərar tutandan sonra oglu onu gəldiyi təyyarə ilə

(Bəlkə də o təyyarə deyildi) nə isə .geri yola saldı

İndi Bakı ona necə balaca görünürdü

Bu da kənd .

Böyründən kecən kolxoz sədrinin maşını .. vilisi onu toza basıb gözdən itdi

. Ay səninnn. ..demək istədi ...demədi sözünü uddu ..

Neyləsine ?!

Oglu gəlib bu yoluq klubda allah bilir nə iş görəcək ..hansı milçəyi tutacaq

Allah nə verdisə ..artıq .

Kəndəki uçulmuş klubun yanından kecəndə ayaq saxlayıb cəmi bir otaq və zaldan ibarət kicik binaya nəzər saldı Kəndin 40 yaşa çatıb hələ də ərə getməyən Sonası icərdə oturub tum cırtlayırdı.

İnşallah.. oglum bura müdür gələcək.

.Qəniyə yenə o dəyyus caycı cayı agappaq verəcək ..

Zavxoz əyninə 48 yox bəlkə 108 razmerdə paltar geyindirib kəndin icində kloun kimi dolandıracaq

Oglu da inşallah gəlib artistlik edəcək

Camaata tamaşa filan düzəldib göstərəcək.

Qəni də lap ön sırada fəxrlə oturacaq

Mənim oglumdu e. bu !- deyəcəkdi Qəni ..

İnşallah ..

Son