Vahid Paşayev : - ..Alın yazısı deyirlər,...
...Alın yazısı deyirlər,...
Taleh,qismət deyə həyatın boyu etdiyin səhvləri,düşünüb-daşınmadan atdığın addımları sırıyırlar göylərdə möhürlənib hər birimizin alnına həkk edilən yazıya.
Özümüzü tanıyan andan ta...yetkinlik,gənclik,ahıl vədəmizə kimi buraxdığımız səhvləri göz önünə gətiririkmi?Gətirmirik.Gətirsəkdə bir anlıq,yarma-yarımçıq,özümüzü qınamaq əvəzinə tez də silirik yaddaşımızdan.Buraxdığımız səhvlər üzündən çəkdiyimiz əzab-əziyyət yeyir həyatımızı ac qurd kimi,günümüzü qara edib göy əskiyə bükür.
Bu gün minlərlə cütlüklər var ki,ev-eşik,övlad sahibləri olmalarına baxmayaraq nə vaxtsa buraxdıqları səhvin acısını indi anlayıb vəziyyətdən çıxış yolu arayır,sonda ətrafındakıların qınaq hədəfinə çevriləcəyindən ehtiyatlanaraq talehi,qisməti qarğıyır,təskinliyi ,,alın yazısından kənara çıxmaq olmaz"da axtarıb tapır.
Arada özüm də alın yazısı deyilən fikirlə razılaşmaq zorunda qalıram,insan zəkası,şüuru və ağılın diqtəsini nəzərə almaq şərti ilə...