İSMAYIL MƏRCANLI (İMANZADƏ) : - QAÇQINA SATAŞMA...

Ədəbiyyat 17:24 / 13.11.2024 Baxış sayı: 1171

BAĞIŞLA MƏNİ, MİRZƏ ƏLƏKBƏR SABİR BABA

Allah xatirinə bağışla məni, Mirzə Ələkbər Sabir baba! Sonuncu dəfə Bakıdakı heykəlinin önündə sənə söz vermişdim ki ayrı-ayrı zaman kəsimlərində qələmə aldığım həcvlərimi də arabir oxuculara təqdim edəcəyəm. Bağışla məni, xeyli sayda həcvlərim olsa da, nədənsə bu şeirim ilk olaraq yadıma düşdü. Axı, təzədən geriyə qanrılıb baxanda illər boyu qaysaqlanmayan yaralarımızı dəfələrlə tadalayan bir binamusun acı kəlmələrini həzm eləyə bilmədim. O cızmaqaraçının özünün də xəbəri var bu həcvimdən. Kinli-qəzəbli şəxs olmasam da, istəkli oxucuların illər öncəsi bu həcvi yazarkən necə haldan-hala düşdüyümü təsəvvür etmələrini istərdim...

P.S. Şeirdəki qeyri-etik ifadələrə görə hər birinizdən üzr istəyir, nöqtələrin yerinə hasısa sözü əlavə etməyi sizin öhdənizə buraxıram!

QAÇQINA SATAŞMA...

(həcv)

Bir qayıt özünə bax, həddini çox aşma gədə,

Allaha ağır gedər, qaçqına sataşma gədə!

Deyəsən qudurmusan, artıq düşüb yalın sənin,

Bəri dön, baxım görüm, necədir əhvalın sənin.

Kəsərlər “ağını” ha, açıq qalar ... sənin,

Nəyim var ki, itirəm, sox yerinə, çaşma gədə,

Pislik açarlar başına, qaçqına sataşma, gədə!

Bir cızma-qaraçısan, ye “hapını” get işinə,

Qaçqının dabanını çeynəyib, alma dişinə.

Ağzın dirənər daşa, güvənmə gəl, “örüşünə”,

Bilirəm kimliyini... çox kükrəyib-daşma gədə,

Pislik açarlar başına, qaçqına sataşma gədə!

Qarabağ əldən gedib, utan, ay kişi qırığı,

Öz əlinlə atanın goruna yaxdın...

Get, otla qanqalını, çaşıb batırma “qoruğu”,

Örpək al, çal başına, ağzını da yaşma gədə,

Pislik açarlar başına, qaçqına sataşma gədə!

Ağdamlı “tıpp” eləsə, qoyub qaçarsan qarını,

Hünərin varsa əgər, cəbhədə göstər karını.

Soltan bəyin nəvəsi soyundurar şalvarını,

Xocalı Zahir gəlir, tülkü kimi qaçma gədə,

Pislik açarlar başına, qaçqına sataşma gədə!

Görüb sənə oxşatdım, bir Həmədan ulağını,

Qoy, baxım əndamına, sal aşağı balağını.

Kəlbəcərli balası tutub kəsər qulağını,

Özün-öz dərdini çək, bizə bəzək qoşma gədə,

Rislik açarlar başına, qaçqına sataşma gədə!

12.07.2005

İSMAYIL MƏRCANLI (İMANZADƏ)