Şakir   Xanhüseyn  : -  DANIŞDIRMAQ

Ədəbiyyat 16:29 / 14.11.2024 Baxış sayı: 415

 

QƏŞƏM NƏCƏFZADƏYƏ

görürəm hər baxdığını gözünlə,

çıxdığın yoxuşu

dizinlə danışdırırsan...

oduyla ocağı,

işığıyla çırağı danışdırırsan,

iş görəndə ovcunu

qabarıyla,

alnını

təriylə danışdırırsan...

çölü

çiçəyi, gülüylə danışdırırsan,

gülə qonan kəpənəyi

qanadındakı xalıyla danışdırırsan...

göz yetirdiyin,

əl vurduğun hər şeyi,

nəğməni, şeiri

biri-biriylə danışdırırsan,

ağacı barıyla danışdırırsan...

danışdırırsan

ürəyini

üzüntüsü,

döyüntüsüylə...

bax, yaşı qurusuyla,

dənizi balığı,

yosunuyla danışdırırsan!