Məhərrəm Şəmkirli : - SUDAKI UŞAQLIĞI İLƏ DANIŞAN ADAM
Kiçik hekayə
Artıq onda bu bir adət halını almışdı.Hər şəhərdən kəndə gedəndə Alıbəy arxının qırağındakı salxım söyüdün altında oturub sevincə,gülə-gülə üzü aşağı sakit-sakit axan suya baxırdı.Çox illər qabaq elə Alıbəy arxının bu yerində çılpaq çimən yerdə qoyub getdiyi uşaqlığını çağrır onunla təbəssümlə salamlaşır,kefini soruşurdu.sudan başını radıran uşaq da öz növbəsində təbəssümlə qocanın salamını alıb,kefini soruşurdu.Qoca dərindən köksünü ötürüb deyirdi:-Eh a bala,necə olacam? Artıq qocalmışam,belim əyilib,dişim tökülüb,yerişim itib.Mənim yolum o tərəfədir.Bu gün, sabah Əzrayıl qapımı kəsdirib deyəcək:-Qoca,artıq vaxtdır dur,gedək. Mən də ki üzü yola qocayam,Tanrının nümayəndəsini əliboş geri qaytara bilmərəm ki.Bir də mən nəkarəyəm ki Tanrının borcunu qaytarmayım.O.kövrələ-kövrələ əlavə etdi:-Bəlkə də bu səninlə mənim axırıncı görüşümdür.Bu vaxt kimsə arxadan onun danışığını eşidib soruşdu:-Müəllim, xeyir ola, kiminlə danışırdın elə?
Səlim çevrilib səs gələn tərəfə baxdı.Əlindəki kərəntəni yerə yerə qoyub bədəninə dayaq eləyən atasıgilin qonşu,uşaqlıq dostu Rəsul kişini gördü.Rəsul çöldən-ot biçinindən gəlirdi.Uşaq vaxtı Rəsul Səlimlə Alıbəy arxında çox çimmişdi.Alıbəy arxı suyunu qonşu rayonun dağlarıdan gələn Zəyəm çayından götürürdü.Onda Alıbəy arxı ağzına kimi dolu gəlirdi.Üç kəndi içməli və təsərrufat suyu ilə təmin edirdi.Amma indi Alıbəy arxının suyu azalmışdı,qabaqkı kimi aşıb-daşan vaxtı deyildi,tamam az idı.İçinə girsən su topuğuna güclə .atardı.Gələn su kəndin bu başından gedib,o başına çatmırdı.Maşallah kənd də qabaqkı kənd deyildi.Xeyli böyümüşdü,başıyla ayağının uzunluğu yeddi km idi. Bəlkə də artıqdı,ölçüb-biçən olmamışdı.
Səlim Rəsul kişinin sualını belə cavablandırdı:-Rəsul kişi,uşaqlığımla danışırdım.Rəsul Səlim kişi dediyindən bir şey anlamadı, başını buladı və yoluna davam elədi.Çöldə ot çalıb yorulmuşdu.Dicəlməliydi.
Bir az keçmişdi ki,yoldan maşın səsi gəldi.Az keçmədi,maşın Səlimin yanında dayandı.Sürücünün yanında oturmuş üzündən yorğunluq yağan cavan oğlan daz başını maşının kabinəsindən çölə çıxarıb:-Dayican salam,-dedi və ardınca bilmirsən bu ətrafda ölmüş,canavar parçalamış heyvan yoxdr ki?
Səlim cavan oğlanın verdiyi sualı heç cür anlaya bilmədi.Ondan soruşdu:-Oğlum,ölmüş,canavar parçalamış heyvanı neynirsən,yoxsa it ferman var?
-Rəhmətliyin kişisi,nə it ferması,nə filan.Kolbasa sexi üçün kq 5 manatdan alırıq.Özü də nağdı.
Oğlaının cavabından Səlim kişi tutuldu,oturduğu yerdən qalxıb:-A bala,bu cinayətdir,vicdansızlıqdır,milləti məhv etməkdir.Allahdan qormursunuz? Belə bir iş tutursunuz?
Səlimin bərk əsəbləşib cosduğunu görən oğlan sürücüyə:-Ə,deyəsən kişinin başı xarab olub.Sür gedək.O,nə qanır belə şeyləri.
Vicdanlarını,insanlıqlarını itirənlər,Tanrısını tanımayanlar gedəndən sonra Səlim yenidən qayıdıb salxım söydün altında oturdu.Göynəyinin yuxardakı düymələrini açdı.Havası çatmırdı.Yaxasını açan kimi arxın sərin havası qoynuna doldu.İndi ciyər dolusu nəfəs alırdı.
Səlimin yadına böyük marketlərdən endirimdə 7-8 manata olan kolbasaları alıb yediyi vaxtlar düşdü.Ürəyi bulandı,az qaldı ki,səhər nə yemişdi geri qaytara.Amma geri qaytara bilmədi.Həmin günlərə lənət yağdırdı və istehlalçıların yeddi arxa dönənlərini söydü.Və sonrada dedi:-Demək endirimlə satılan kolbasalar kq 20 manat olan ətdən yox,5 manat olan ətlərdən hazırlanırmı.Mən külbaş bunu heç ağlıma gətirməmişəm.Ağılvar ki!
28 Oktyabr 2024.