Qafar Cəfərlinin “Şəhid bayrağı” TƏQDİM edildi
Bugünlərdə Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik Rayonunda qastrol səfərində olub.
Yazıçı-dramaturq Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesi əsasında hazırlanan eyni adlı tamaşa Lerik Rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunub.
"Zəfər gününə" həsr olunmuş tamaşada, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Lerik ziyalıları, şəhid ailələri və qazilər iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, qurluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.
Tamaşada rolları: Əməkdar artist Sucəddin Mirzəyev, Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova, Buludxan Buludov, Saleh Əzimzadə, Məleykə Cəfərova, Zeynal Məmmədli ifa etdilər.