Papa Fransiskin xahişini ilk Putin qəbul etdi: 20 milyard dollarlıq borcu bağışladı

DÜNYA 14:47 / 14.11.2024 Baxış sayı: 1589

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanlandığı müraciəti təsirsiz qalmayıb.

Yenises.az xəbər verir ki, Rusiya Federasiyasının Afrika ölkələrinə olan 20 milyard dollarlıq borcunu bağışladığını Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlayıb.

Onun sözlərinə görə, bu vəsait yenidən maliyyələşdirmə proqramı vasitəsilə inkişaf layihələrinə yönəldiləcək, TASS yazır .Boqdanovun sözlərinə görə, bu yolla bu borclar “bu ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün” istifadə olunur.