Kəramət : - KOMPYÜTERLƏ SEVGİ OLMUR, FİLANKƏS

Ədəbiyyat 08:08 / 14.11.2024 Baxış sayı: 326

 

 

Can cana dəyməsə can canı duymaz

Məhəbbətdə bezgi olmur, Filankəs

Sənsiz günüm günlərimdən sayılmaz

Gözdən dərdli güzgü olmur, Filankəs.

 

Bilməz oldum yaxın nədi, yad nədi

Allahlardan oğurlanan od nədi

Qibləmisən, Bütün yollar SƏNədi

səndən yaxın-özgə olmur, Filankəs

 

Çıx qarşıma, düş ekrandan, gəlginən

Kəraməti özün tanı, bilginən

Kimə qaldı... dünya kimə, kim kimə

Kompyüterlə sevgi olmur, Filankəs.