Adilə Nəzər: - BU YOLUN HÜZNÜNƏ BAX
Bu yolun hüznünə bax,
Kədəri çoxmuş kimi.
Qolun qoynuna alıb,
Yolçusu yoxmuş kimi...
Uçan qanad salacaq,-
Sis, dumandı sağ-solu.
Çətin gedən olacaq
Dolu qəlblə boş yolu...
Durub keçmişə baxır
Könül pəncərəsindən.
Selə çevrilib axır
Qəmləri, sinəsindən...
İçin-için yandırır,
Tərk edib hansı bədxah?!
Eyni məni andırır,
Bu yolun hüznünə bax...