Vəsimə İsmayılqızı : - Zəfər günün mübarək, Azərbaycan!
Ürəyimizdəki Qarabağ nisgilini ZƏFƏRLƏ sonlandıran Müzəffər Ali Baş komandana və Müzəffər Azərbaycan ordusuna, bu qüruru bizə yaşadan igid oğullara, bu Zəfəri qanları, canları bahasına qazanan şəhidlərimizə yaradıcı şəxs kimi öz mənəvi borcumu "ZƏFƏR KİTABI" ilə ödəməyə çalışdım.
Azərbaycan Yazıçılar Birliyi Zəfər Günü ərəfəsində (5 noyabr 2024) Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərə həsr etdiyim “ZƏFƏR KİTABI” seriyasından olan silsilə kitabların 3 cildinin (“ZƏFƏR KİTABI. Şuşa”, “ZƏFƏR KİTABI. Goranboy” və “ZƏFƏR KİTABI. Beyləqan”) təqdimat mərasimini keçirdi.
Tədbir haqqında qısaca...
"Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüsenbəyli açdı, aparıcılıq estafetini Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə ötürdü.
Tədbirdə “ZƏFƏR KİTABI” seriyasından olan hər üç kitabın məsləhətçisi Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış etdi, kitabların Azərbaycan tarixində rolundan danışdı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərin əbədiləşməsində əhəmiyyətindən söz açdı.
Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı İsmayıl Umudlu kitabların ərsəyə gəlməsi prosesindən və əhəmiyyətindən danışdılar.
Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov öz çıxışında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun müəllifə təbrikini və təşəkkürünü çatdırdı, ona müvəffəqiyyətlər arzuladı.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, flologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı şair Güləmail Murad, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik Sirus Abasbəyli, “Goranboy” Xeyriyyə Cəmiyyətindən Əli Şəfiyev, Nağı Əsgərov və başqaları çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışdılar.
Təqdimat mərasimində AYB sədrinin baş müşaviri Rauf Aslanov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı, digər məsul şəxslər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak etdilər.
Qeyd olunmuşdur ki, bu çoxcildlik əhatəli yaddaş və məlumat kitablarıdır. Müəllif xalqımızı çox ciddi sınağa çəkmiş Ermənistan-Azərbaycan münaqişəsini tarixin axarında, son illərin önəmli hadisələrinin fonunda yaddaşlara köçürməyə çalışmış və buna müvəffəqiyyətlə nail olmuşdur. Kitabları mütailiə etdikcə oxucu xəyalən ordumuzun döyüş yollarını addım-addım keçməklə Zəfərin qürurunu yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun keçdiyi döyüş yolu ilə cəbhədən-cəbhəyə keçir, “Zəfər Paradı”nı izləyir, “Hərbi Qənimətlər parkı”nı gəzir, Zəfərlə əbədiləşən ünvanlara səyahət edir.
Ümumiyyətlə, “Zəfər kitabı” çoxcildliyi ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbi, Vətən müharibəsinin mahiyyəti, gedişi, zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.
Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, onların qazandığı orden və medallardan, dövlət təltiflərindən söz açılır.
Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınmışdır.
Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, fövqəladə və səlahiyyətli səfir, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktorları isə Əməkdar müəllim İsgəndər Səklikov və tarixçi-etnoqraf İsmayıl Umudlu, korrektoru Pərvin Quliyeva, dizayner və səhifələyicilər Rafael Əliyev, Samir Hacıyev və Yeganə Rüstəmova, çapa məsul Əsəd İsmayılov, koordinatoru isə Asiman İsmayıldır. Silsilənin hər üç cildi ““Apastrof-A” mətbəəsində çap olunmuşdur".
Təqdimatda hamı qürurlu, hamı sevincli idi.
Çünki Zəfər qazanmış Azərbaycan xalqının övladları olaraq bu ZƏFƏRi bizlərə yaşadanlara az da olsa öz borcunu verməyə gəlmişdilər, ürəklərində 3 kitab apardılar...
Azərbaycan Yazıçılar Birliyinə və İştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Var olun!
Təşəkkürlər, AZƏRTAC, azertag.az, Gülay xanım, REALTV, Mişahin Ağayev, Baku.tv, İman Məcidov, "Yeni Azərbaycan" qəzeti, yeniazerbaycan.com, Alqış Musayev, Xalq qəzeti, xalqqazeti.az, Qabil Aliyev, "Ədalət" qəzeti, adalet.az, İrade Tuncay, Əbülfət Mədətoğlu, Kulis az, Ulucay Akif, 525-ci qəzet, 525.az , sfera.az , liman.az , olke.az, redaktor.az, Aqil Aslan.
https://www.youtube.com/watch?v=v3GrOGHC3sA
https://www.youtube.com/watch?v=NdJOpFv2hsc
https://www.facebook.com/Bakutvofficiall/videos/1072512657743990
https://azertag.az/.../tarixi_zefere_hesr_edilmis_silsile...
https://www.yeniazerbaycan.com/Medeniyyet_e112050_az.html...
https://xalqqazeti.az/.../201386-tarixi-zeferimizin...
https://kulis.az/.../vesime-ismayilqizinin-zeferimize...
https://olke.az/.../vesime-ismayilqizinin-zeferimize.../...
https://liman.az/.../vesime-ismayilqizinin-zeferimize.../...
https://sfera.az/.../vesime-ismayilqizinin-zeferimize.../...
https://525.az/.../278367-vesime-ismayilqizinin...
https://redaktor.az/.../260178-vesime-ismayilqizinin...
Tədbirdən geriyə qalanlar - fotoşəkillər...
Fotolar üçün təşəkkürlər, Yaqub Jafarov.