Ağaevli Əli Hacı  -Gedək ruhum tək-tənha

Ədəbiyyat 20:33 / 14.11.2024 Baxış sayı: 208

 

Gedək ruhum tək-tənha,

Mənə imanda dindir !

Döydüm,qapısı bağlı,

Dünya yas yerindədir !

 

Qaç cütlüyüm,birə qaç

Dərd səni güldürər qaç,

Nə qapı var,nə baca

Ölümdə sirr,birdədir !

 

Olub gedən var-yoxum,

Olmaq deyil bu qorxum !

Axirətdəki qoxum-

Dünyanın üzündədir !

 

Haqqa gələn,haqq gəlir

Şərabımız ağ gəlir !

Yersiz bir sağlıq gəlir,

Dindən çıxan,dindədir !

 

Gedək ruhum tək-tənha,

Mənə imanda dindir !

Döydüm,qapısı bağlı

Dünya yas yerindədir !