Həzi Həsənli : - Zirvələrin ağ yolu

Ədəbiyyat 08:40 / 26.09.2024 Baxış sayı: 391

 

Zirvələrə qar yağdı, qar,

Köçüm dağlar arasında.

Bəyaz- bəyaz işıq da var

Bu dağların sırasında...

 

Ağappaq qarın içində

Buzlar dizini qatlayır.

Elatın yaylaq köçündə

Yolların buzu çatlayır.

 

Yurddan köçən aman eylər,

Sıldırımlı dağ yoludur,

Yolçular da güman eylər-

Zirvələrin ağ yoludur...

25.09.2024