Kəramət : - "MƏN SƏNİ SEVİRƏM"

YAZARLAR 08:46 / 26.09.2024 Baxış sayı: 450

 

(indilərdə necə boyağı səslənir deyilmi,

adam sevdiyinə də deməyi utanır, səbəbsiz də deyil,əlbəttə)

...daha heç nə ifadə etmir, onun yerini daha gerçəkçi söz birləşmələri tutub, məsələn...

-Mən sənə necə yardımçı ola bilərəm?

və ya deyilməyən, bədən, söz davranışlarıyla, -Daha sən mənə lazım deyilsən, əziz atım, eşşəjim, "Jiquli"m, indi mənə "Mersedes", təyyarə, gəmi ola bilməzsən ki...o səbəbdən "Bay -bay"...özünə yaxşı bax,-deyilir.

Bizdə bütün sözlər, insanlararası münasibətlər aşınıb, yəni söz-kəlmə-hərəkət özünü ifadə etmir. Yəni bütün dünya dillərindəki eynimənalı söz bizdə o qədər deformasiyaya uğrayıb ki, zaman-zaman...ÖZünü aramaq da bihudədi. Axı, bu vətənpərvər Vətəni özünə görə, millətçi milləti güdaza verər mənafeyinə, dindar üçün də din camaatı aldatmaq vasitəsidi və sairə.

Təkcə sabit söz birləşmələri qalmışdı -Daşlaşmız abidələr... onları da Xalq şairi və söz əqrabaları ÖZündən çıxarıb anormallaşdırdı-sözə meyxana yanaşması. "ilahi", Allah" xitabələri də...yerdə mələyir.

Özümüzdə məntiq, səmimiyyyət, konkretlik olmadığından sözümüz də heyvərəlikdən, nağıl danışmaqdan, falçılıqdan o yana getmir.

Böyük , başqa dillərə təsir edən dilləri böyük xalqlar, dövlətlər yaradır (assimilyasiya-dissimilyasiya hadisəsi).

İndi ərəb-fars dili dünyada heç bir dilin ərazisinə girib orda vətəndaşlıq qazana bilmir, amma vaxtı ilə təsir dairəsinin çoğrafiyası çox böyükdü.

İndi "DİL" deyəndə, İngilis, "Pul" deyəndə dollar başa düşülür.

Hə, sevgilim, hələ də sənin üçün nəsə edə bilərəmmi?

Eyni musiqini dinləmək...mi? Harada, hansı vəziyyətdə, necə yaşadığınla bağlı.

İkimiz bir yerdə addımlamasaq da birlikdəydik...

Bir 3 kişi ve şunu diyen bir yazı 'Birlikte olsak herkesi yenebilirdik..Biz Biz birbirimize yenildik.' görseli olabilir