Xanım İsmayılqızı : - Poeziya vulkanı…

Ədəbiyyat 11:19 / 25.09.2024 Baxış sayı: 599

 

 

Sən elə bilirsən ki,

Kor olacaq gözlərim?

Olmayacaq... Darıxma...

Gözümün işi çoxdu...

Hələ yol çəkməlidi,

Çox adam görməlidi,

Üzünə gülməlidi...

Ölümün də gözünə

dik baxmalıdı hələ...

Ağlamalıdı hələ...

Sevdiyi adamları

öz içinə çəkərək

saxlamalıdı hələ...

O qədər işi var ki,

Kor olmağa vaxtı yox...

Mənim bu gözlərimin

hər şeyi var, baxtı yox...

 

 25 sentyabr, 2014.