Əbülfət Mədətoğlu : - Alqışsız...

Ədəbiyyat 10:18 / 25.09.2024 Baxış sayı: 729

 

Qəflətən bir udum su -

kəsdi nəfəs yolunu...

Ölüm səhnəsidi bu -

O, oynayır rolunu -

Alqışsız...

 

Tamaşa bir pərdəli...

Mövzu isə intihar...

Baş qəhrəman bir dəli -

coşar, özün unudar -

Alqışsız...

 

Həsrətin dırnaqları

qartal caynağından sərt...

Çək köhnə qarmaqları -

Ürəyi bir yolluq çərt -

Alqışsız!..

 

Əlində quru ləçək

Yaşı on il əvvəl on!..

Səhnəyə atdın əlcək -

Pərdə enir...bu da SON!..

Alqışlar...

 

Ramiz Goyushov