Lətafət   Abiyeva  : - Günahkar mənəm.

Ədəbiyyat 18:27 / 25.09.2024 Baxış sayı: 508

 

Ömrüm küçə, sən işıq,

Gedişin zülmət doğar.

Qaranlıq küçələrdə

məni vahimə boğar.

Qayıt, adam, hardasan?

 

Belə xəbər-ətərsiz

çıxıb sən hara getdin?

Bu səssiz gedişinlə

düşündünmü nə etdin?

Qayıt, adam, hardasan?

 

Sən ki bilirdin mənim

sənə olan sevgimi...

Bağışlamışdım sənə

ürəyimi ev kimi.

Qayıt, adam, hardasan?

 

Sən imişsən səbəbi

olan-qalan həvəsin.

Adam bilmir bu bəxti

necə söysün, nə desin?!

Qayıt, adam, hardasan?

 

Biz xoşbəxt olammadıq,

Söylədim, məndən ayrıl.

Daha söyləmədim ki,

Eldən, Vətəndən ayrıl...-

Qayıt, adam, hardasan?

Qayıt, mənəm günahkar...

03.07.24.